SEÇMƏ

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb

Yayımlandı: 3 Noyabr 2022 23:46

Azərbaycan çempionu Konfrans Liqasında oynayacaq

Qarabağ” klubu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda G qrupunun lideri, Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmiş Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb. “Köhlən atlar” qrup mərhələsinin 2-ci turunda Almaniyada keçirilən oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.

QarabağAvropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Frayburq”la ikinci görüşündə qələbə qazanmalı idi. Əks halda, bu oyunla eyni vaxtda başlayan, Yunanıstanda keçirilən matçda Fransa “Nant”ı yerli “Olimpiakos” komandasını məğlub etməklə, bu qrupdan pley-offa ikinci vəsiqəni “Qarabağ“ın əlindən ala bilərdi.

Oyun 1:1 hesabı ilə başa çatıb. Paralel keçirilən matçda “Nant”ın “Olimpiakos”u 2:0 hesabı ilə məğlub etməsi “Qarabağ“ın Avropa Liqası ilə vidalaşmasına səbəb olub.

Bu nəticələrdən sonra Avropa Liqasının pley-off mərhələsinə “Frayburq”la “Nant” vəsiqə qazanıb. Qrup üçüncüsü olan “Qarabağ” isə mübarizəsini Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button