SEÇMƏ

“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib

Yayımlandı: 13 Oktyabr 2022 22:51

Bu dəfə “Olimpiakos”u məğlub etmək mümkün olmayıb

Qarabağ” klubu oktyabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Bir həftə əvvəl Yunanıstanda keçirilən oyunda Qurban Qurbanovun komandası Yunanıstan təmsilçisini böyük hesabla (3:0) məğlub etmişdi.

Bakıdakı oyunda qapılara qol vurulmayıb. “Qarabağ” bu oyundan sonra qrupda xallarının sayını 7-yə çatdırıb və ikinci pillədəki yerini qoruyub. Qrupun lideri 12 xalı olan Almaniya “Frayburq”udur.

Qrupun digər matçında “Frayburq” səfərdə Fransa “Nant”ının qonağı olub və 4:0 hesablı qələbə qazanıb.

QarabağAvropa Liqasının qrup mərhələsində növbəti oyununu Fransada “Nant”a qarşı keçirəcək.

Meydan TV

Gözdən qaçırmayın:  ABŞ-dan Azərbaycan səfirliyinin avtomobilinə hücumla bağlı açıqlama

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button