2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Qarabağ” Avropa Liqasında növbəti qələbəsini qazanıb

Yayımlandı: 7 Oktyabr 2022 01:03

Azərbaycan çempionu “Olimpiakos”u böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Köhlən atlar” 3-cü tur çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub.

“Qarabağ” “Olimpiakos”la görüşədək G qrupunun Almaniyada keçirilən oyununda “Frayburq”a 1:2 hesabı ilə uduzmuş, Fransa “Nant”ını Bakıdan 3:0-lıq məğlubiyyətlə yola salmışdı. Yunanıstan komandası isə qrupda keçirdiyi hər iki oyunda məğlub olmuşdu. Yəni, “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində ilk xalını və ya xallarını Azərbaycan çempionu ilə qarşılaşmada qazanmağa çalışacaqdı.

Foto: “Qarabağ”ın sosial media hesabı

İlk hissəsində hər iki komandanın bir neçə təhlükəli qol epizodu yaratdığı oyunun taleyinə fasilədən sonra aydınlıq gəlib. Ağdam təmsilçisi üç cavabsız qol vuraraq, Yunanıstan səfərindən qələbə ilə qayıdıb.

“Qarabağ” Avropa Liqasında novbəti görüşünü oktyabrın 13-də, Bakıda elə “Olimpiakos”a qarşı keçirəcək.

Qrupun digər oyununda “Nant” səfərdə “Frayburq”la qarşılaşıb. Bu matçda qələbə qazanan tərəf Almaniya klubu olub – 2:0.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində üç turdan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Hesabında 9 xal olan “Frayburq” turnir cədvəlinə başçılıq edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button