Loading...
Loading...
SEÇMƏ

“Qarabağ” İsveçrə çempionunu məğlub etdi

Yayımlandı: 19 İyul 2022 22:08

Ağdam komandası səfərə minimal üstünlüklə gedəcək

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respubluka Stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşıb. Qarşılaşma Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”la “Sürix” arasında cavab oyunu iyulun 27-də, İsverçədə olacaq.

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın “Lex” komandasını mubarizədən kənarlaşdırmışdı. Polşada keçirilən ilk matçda “Lex”ə 0:1 hesabı ilə məğlub olan “köhlən atlar”, Bakıdakı cavab oyununda 5:1 hesablı qələbə qazanaraq, 2-ci təsnifat mərhələsinə vəsiqə əldə etmişdi.

Meydan TV

Gözdən qaçırmayın:  “İmam Mehdi” işi üzrə məhkəmə başladı: polislər evdən 9 milyon manat və qızıllar götürüb?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button