2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Xəbər çıxdı ki, Rusiyanın xarici işlər naziri Lavrova sual verən jurnalist işdən çıxarılıb. Hadisə belə olub ki, Lider tv-nin əməkdaşı Elnur Həsənov Rusiyanın Xarici İşlər naziri  Lavrova “Azərbaycan işğal olunmuş ərazilərini işğalçılardan təmizləmək üçün antiterror əməliyyatlarına başlasa Moskvanın mövqeyi necə olacaq; bu əməliyyatlara göz yumacaq, yoxsa Azərbaycanın daxili işinə qarışacaq?”sualı ilə müraciət edir.

Lavrov cavabında bildirir ki, Dağlıq Qarabağ münqaişəsi artıq Azərbaycanın daxili işi deyil.

Möhtəşəm sual və möhtəşəm cavab… İndi gəlin baxaq neçə illərdir Rusiya rəsmilərinə belə bir sual niyə verilmədi? Əgər bu sualı verib Rusiyanın iç üzünü açmağa nail olan jurnalist işdən azad olunursa, deməli hökümət  bizim bu suala cavabı eşitməyimizi istəmirmiş.  Elə ona görə də sual verilmirmiş. Çünki hökümət Rusiyanın mövqeyini zatən bilir, onların illərlə qapı dalında eşitdiklərini bu gün də biz eşidirik. Bu da bizim rəhbərlərimizi narahat edir, “uğurlu siyasət”, “Qarabağı alacağıq” kimi yalanlarının üstünün açılmasını istəmir. Jurnalist də buna görə işdən azad olundu.  Hökümət ona bir sual-cavabla həm Dağlıq Qarabağ münaqişəsində iflasa uğramasının, həm də xarici siyasətdə yarıtmaz olmasının üzə çıxarmasını bağışlamadı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sual-cavabın ikinci bir tərəfi də var. Lavrov həmişə bağlı qapılar arxasında dedikləri sözü niyə bu qədər açıq və sərt dilə gətirdi? Çünki Rusiya da bizim hökümətin zəif tərəfini bilir. Bilir ki, hökümət millətin gözünə kül üfürür, bu həqiqətlərin açıqlanmasından qorxur, əhali arasında narazılığın artmasından çəkinir.  Bunları bildiyi halda belə açıq şəkildə bəyanat verirsə, deməli Rusiya növbəti dəfə hansısa güzəşti almağa çalışır. İndi hökümət də qaça-qaça yeni güzəştlərə “hə” deyib, yenidən Rusiyanı razı salacaq. Nəticədə uduzan biz, itirən övladlarımız və ölkəmizin gələcəyi olacaq…

Gəlin onda baxaq – Qarabağ kimindir?

Lütfən məsələlərə pafossuz faktlarla yanaşaq.

Qarabağ hal-hazırda işğaldadır və Ermənistanın nəzarətindədir.  Amma sadəcə nəzarətində. Əslində isə  ruslardadır. Ermənilərdə də deyil – məhz ruslarda. Və onların  Qarabağı öz xoşuna bizə geri verməyə heç niyyəti yoxdur və Lavrovun da cavabından da bu açıq sezilir. Qarabağ Rusiyanın bölgədəki qarantıdır, gücüdür, sözüdür, bölgəni əldən verməmək üçün əsas maşasıdır. Bunu illərdir Rusiyaya yaltaqlananlar anlamadı ki, onlar heç vaxt bizi dəstəkləməyəcəklər. Ümumiyyətlə, Qarabağı heç kim geri verməyəcək. Qarabağı almaq lazımdır.

Yoxsa siz nə düşünürdünüz? Rusiya qan töküb, Ermənistan ərazisində hərbi hissə saxlayıb, hər il ermənilərə dotasiya verib, demək olar ki, öz hesabına silah satıb far-postu kimi qoruyacaq, sonra İlham müəllim gedib onlarla qarda sürüşdüyü üçün bizə Qarabağı geri qaytaracaqlar? (Niyə qarda sürüşməyi qeyd elədim, çünki Azərbaycan tərəfi təssüf ki, Qarabağı geri almaq üçün bundan artıq heç nə eləmir) Buna inanmısınızsa çox sadəlövh olmalısınız.

Burdan başqa bir sual çıxır. Bizim ümumiyyətlə Qarabağı almaq imkanımız varmı?

1) Hərbi yolla

Mümkün görünmür. Bir daha qeyd edirəm biz Ermənistanla deyil, Rusiya ilə döyüşəcəyik.  Bununla bağlı bir çox faktları sadalayardım, amma Ordunun vəziyyəti hər kəsə məlumdur və mən də Ordumuzun vəziyyətini müzakirəyə çıxarmaq istəmirəm. Bir tərəfdən də silahların böyük hissəsi yenə də Rusiyadan alınır. Onların satdığı heç nəyə də güvən yoxdur.  Səbəblər çoxdur.

2) Sülh yolu ilə

Bu vəziyyətdə və aparılan hazırki siyasətlə heç vaxt. Yəqin ki, Qarabağ daima Ermənistanın nəzarətində qalacaq. Sadəcə bir halda biz Qarabağı geri ala bilərik – Ölkədə siyasi hakimiyyət demokratiyaya keçid etsə. Azərbaycan və Ermənistan arasından ilk hansı dövlətə demokratiya birinci gəlsə Qarabağ da onundur. Çünki Qərb o ölkənin arxasında dayanacaq.  Qarabağda müharibə maraqları olmayan Qərb. Rusiyanın bölgədən çıxmasını istəyən Qərb. Qafqazı dünyaya qazandırmaq istəyən Qərb. Qərbin maraqları çoxdur, amma əsas maraq demokratiyadır.  Lavrova və Rusiyaya susması üçün bağlı qapılar arxasında istədiyini verən höküməti, özünü, ölkəmizi və Qarabağımızı qurtarması üçün üzünü Qərbə tutmağa çağırıram. Yoxsa boğazındakı Rusiya kəndiri höküməti hələ çox boğacaq…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button