Loading...
Loading...
Cəmiyyət

“Qarabağ” Kiprdə heç-heçə oynadı, xoşagəlməz insident baş verdi

Azərbaycanın “Qarabağ” futbol klubu Avropa Konfrans Liqasının 3-cü təsnifdat mərhələsi çərçivəsində Kiprdə yerli AEL klubu ilə ilk oyunda heç-heçə (1:1) oynayıb.

Oyunda xoşagəlməz insident baş verib.

Qol.az-n məlumatına görə, yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilərinə qarşı qeyri-etik şüarlar səsləndiriblər.

Görüşün 3 dəqiqə artırılmış vaxtında Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib.

Qurban Qurbanov azarkeşin bu hərəkətinə etiraz edib və sonda görüşün baş hakimi oyunu dayandırmalıolub. Amma oyun bir neçə dəqiqəlik fasilədən sonra bərpa olunub.

5 avqust

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qollar: Şepoviç, 69-pen. (1:0), Zubir, 90+3 (1:1)

Cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək və bu oyunun qalibi, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmasının qalibi ilə görüşəcək.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button