2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ” klubu isveçli hücumçusu ilə yollarını rəsmən ayırıb

“Qarabağ” klubu futbolçusu Samuel Armenterosla yollarını rəsmən ayırıb. “Report”un məlumatına görə, bu barədə isveçli hücumçu şəxsi “twitter” səhifəsində yazıb.

O, artıq azad agent statusu aldığını bildirib. Armenteros bunu xoş xəbər kimi paylaşıb: “Bu yaydan azad transfer statusluyam. Bu, həmişə xoşdur”.

26 yaşlı forvard üçün son oyun mayın 25-də “Neftçi” ilə keçirəcəkləri ölkə kubokunun final matçı olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Samuel Armenteros “Qarabağ”a 2015-ci ilin yayında keçib. O, Ağdam klubu ilə 2 illik müqavilə bağlayıb. Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button