2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ” – “Neftçi” finalının keçiriləcəyi stadion

“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib. ANS PRESS-in məlumatına görə, kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Mayın 25-də keçiriləcək görüşdə nominal meydan sahibi “Qarabağ” klubu olacaq. Final görüşünün başlama vaxtı ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Ötən il Azərbaycan kubokunun qalibi finalda 3:1 hesabı ilə məğlub edən “Qarabağ” klubu olub. İndiyədək “Qarabağ” 7 “Neftçi” isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. “Neftçi” 6, “Qarabağ” isə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

Tofiq Bəhramov adına stadion

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.

Bu “Qarabağ”ın tarixində Premyer Liqada 4-cü çempionluğudur. Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button