Xəbərlər

"Qarabağ"-"Omoniya" maçı ilə əlaqədar metronun iş saatları uzadılacaq

Loading...

Bakı/22.11.21 Noyabrın 25-də Konfranslar Liqasının qrup mərhələsində “Qarabağ“-“Omoniya” komandaları arasında keçiriləcək futbol maçı ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunu yaxınlığında yerləşən üç metro stansiyasına giriş gecə saat 1-ə qədər (26 noyabr) açıq olacaq.

Maçın gec başlaması ilə əlaqədar (21.45) “Qarabağ” klubunun rəhbərliyi müvafiq xahişlə “Bakı Metropoliteni” QSC-yə müraciət edib.

Bakı Metropolitenindən verilən məlumata görə, maçla əlaqədar metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları 26 noyabr saat 01.00-a qədər sərnişinlər üçün açıq olacaq.

Bundan başqa, futbol maçı başlamazdan əvvəl “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

Qeyd edək ki, “Qarabağ” FK artıq turnirin pley-off mərhələsinə çıxıb, qrupda ən az ikinci yerini təmin edib. -06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button