Loading...
Loading...
SEÇMƏ

“Qarabağ” pley-off mərhələsində ilk oyununu keçirdi

Yayımlandı: 17 Avqust 2022 22:44

Çexiya klubu ilə oyunda qalib müəyyənləşmədi

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb. Çempionlar Liqasının qrupuna gedən yolda son addım olan pley-off mərhələsinin ilk görüşündə hesab açılmayıb – 0:0. İndi bütün suallara avqustun 23-də Plzendə keçiriləcək cavab oyunu aydınlıq gətirəcək.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırmışdı.

Ağdam təmsilçisi tarixində yalnız bir dəfə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Meydan TV

Gözdən qaçırmayın:  Müslüm Maqomayevin xatirə tədbiri keçirilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button