2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ” – “Qəbələ” matçında insident

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçının son dəqiqələrində insident baş verib.

“Report”un məlumatına görə, insident futbolçular arasında olub. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Filip Ozobiç topu rəqibdən alaraq hücuma keçib. “Qarabağ”ın futbolçusu Riçard Almeyda isə bunun qarşısını rəqib futbolçunu tutmaqla alıb. Baş hakim braziliyalının bu hərəkətini sarı vərəqə ilə qiymətləndirib. Riçard ikinci “sarı”nı alaraq meydandan qovulub.

Bundan sonra “Qarabağ”ın heyətində Dino Ndlovu Ozobiçə öz etirazını bildirib. Hadisə yerinə gələn Cavid Hüseynov Ndlovuya etiraz edib və tərəflər arasında insidenti yaşanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Qarabağ”ın ikinci qolundan sonra hadisə daha da böyüyüb. Futbolçular bir-biriləri ilə münaqişə edib və “Qəbələ” tərəfi referiyə kəskin etirazını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button