2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qarabağ qazisi Etimad Əsədov vəfat eddi

Qarabağ Qaziləri Birliyinin sədri xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Oktyabrın 16-da, səhər saatlarında Qarabağ Qaziləri Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.

Bu barədə “qaziler.az” saytına onun döyüşçü dostları xəbər verib. Məlumata görə, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

Saytların yığılması Saytlarin yigilmasi

1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda xidmət edib. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədridir.

2001-ci ildə Qarabağ Əlillər Cəmiyyəti Azərbaycanda uzunmüddətli kütləvi aksiya keçirib. Etimad Əsədovun başçılıq etdiyi aksiyanın məqsədi ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət alan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlara ayrılan təqaüdlərin artırılması və ləğv olunmuş imtiyazlarının bərpası idi.

Yanvarın 23-də başlayan aksiyaya Bakıdakı baş qərargah da daxil olmaqla cəmiyyətin əksər rayon təşkilatlarının ümumilikdə bir neçə yüz üzvü qoşulmuşdu. Cəmiyyətin fəallarının aksiyası fevral ayının 23-nə qədər davam edib.

Cəmiyyət üzvləri aclıq aksiyası keçirirdilər. Hökumətin laqeydliyini əsas gətirən qazilər sonradan sudan da imtina edərək ölüm aclığına başladılar. Bundan sonra hakimiyyət hadisələrə müdaxilə etdi və bir qrup cəmiyyət fəalı həbs olundu. Həmin dövrdə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildi.

2003-cü ildə, İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra isə Etimad Əsədov həmin hadisələrlə bağlı bir müddət həbs cəzası çəkdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button