2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qarabağ qazisinin əmisi qızı, Daşkəsən İH-nın əməkdaşı təkzib edir

Sizin saytınızda gedən aprel döyüşçüsü Məmmədov Arzu Ramiz oğlu ilə bağlı yazıya cavab olaraq mən, Nağıyeva Aidə Nazim qızı yaxşı tanıdığım doğma əmim oğlu, atamın qardaşı oğlu aprel qazisi Məmmədov Arzu Ramiz oğlunun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı bir sıra müxalifət saytlarında və sosial şəbəkələrdə yaydığı əsassız, böhtan xarakterli məlumatlara aydınlıq gətirməyi hər şeydən öncə bir rayon sakini kimi özümə borc bilirəm.
Qarabağ qazisi Gəncə şəhərində qeydiyyatda olan Məmmədov Arzu Ramiz oğlu Gəncədə güzəştli şərtlərlə mənzil əldə etmək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı, həyat yoldaşının əmisi qızı Bayramova İlhamə İsa qızına 20 min manat pul verməsi barədə müxalifət saytlarında yazılar və video-çarx vasitəsilə Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı bəzi neqativ iddialar irəli sürmüşdür.

Həmin iddialara cavab olaraq bildirirəm ki, Gəncə şəhərində qeydiyyatda olan Arzu Məmmədov 2016-cı ilin aprel döyüşləri zamanı yaralanarkən ölkə rəhbərliyinin diqqətindən kənarda qalmamış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hörmətli cənab İlham Əliyev şəxsən müalicə olunan yaralı hərbçilərin hər biri ilə görüş keçirərək onlara xüsusi tibbi xidmət göstərilməsi üçün tapşırıqlarını vermişdir.

Arzu Məmmədov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə onun valideynləri ilə görüş keçirmiş, hər cür köməklik və dəstəyini göstərərək onlara lazımi diqqət və qayğı ilə yanaşmışdır. Arzu Məmmədov Gəncə şəhərində pasport qeydiyyatında olduğu üçün onun mənzil məsələsi Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsinin səlahiyyətlərinə aiddir. Bu məsələnin Daşkəsən rayonuna heç bir aidiyyəti və bağlılığı yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı müharibə iştirakçısı olan əlillərə və onların ailələrinə, xüsusilə şəhid ailələrinə həssaslıqla yanaşır, hər zaman onlara yüksək səviyyədə xidmət, diqqət və qayğı göstərir.

Qarabağ qazisi Arzu Məmmədov saytlarda yazır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti sabiq işçisi İlhamə Bayramovanın həbs olunmasına imkan vermir. Halbuki Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı rayonda sələmə borc pul verən bir neçə şəxslərlə yaranmış problemlərlə əlaqədar, o cümlədən İlhamə Bayramova ilə bağlı rayon Polis şöbəsinə şəxsən özü müraciət etmiş, Rayon Polis şöbəsinin istintaq bölməsi də İlhamə Bayramovanın barəsində bu müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işinə başlayaraq araşdırma aparmışdır.

Onu da qeyd edim ki, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında hətta İlhamə Bayramovanın yaşadığı mənzilə Rayon Məhkəməsinin, Polis şöbəsinin, Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının, həmçinin İlhamə Bayramovanın özünün və atasının iştirakı ilə baxış keçirilmiş, operativ olaraq qaldırılmış məsələ Rayon İcra Hakimiyyətində gecə saat 3-ə kimi hər tərəfli araşdırılaraq müzakirə edilmiş və hüquqi qiymət verilməsi üçün rayon hüquq-mühafizə orqanlarına İlhamə Bayramova ilə bağlı, həm də rayonda sələmə pullar verənlərlə bağlı tədbir görülməsi üçün aidiyyəti göstərişlər verilmişdir.
İstintaq zamanı məhkəmənin qərarı əsasında əldə edilmiş telefon danışıqlarının siyahısı və digər texniki qurğulardan ötürülən sübutlar əsasında Arzu Məmmədov ilə onun qohumu İlhamə Bayramova arasında mübahisənin, Arzu Məmmədov tərəfindən İlhamə Bayramovaya sələmə verilmiş pulların İlhamə Bayramova tərəfindən qaytarılmaması ilə bağlı yaranması səbəbi hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların nəticəsində tam öz təsdiqini taparaq müəyyən edilmişdir.

Arzu Məmmədovun iddiası mülki xarakterli mübahisə olduğundan Daşkəsən Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən həmin xüsusatlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və rayon Prokurorluğu tərəfindən nəzarət qaydasında qanuni sayılaraq rayon Prokurorluğunda da bu məsələ ilə bağlı istintaq aparılmışdır.

Daşkəsən rayon Prokurorluğunda aparılmış obyektiv istintaq zamanı Arzu Məmmədovun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, yazdıqları əsassız, böhtan sayılaraq cinayət işinin onunla bağlı hissəsinə 13.11.2017-ci il tarixli qərarla hissəvi xitam verilmişdir.

Lakin İlhamə Bayramova digər cinayət əməllərinə yol verdiyinə görə dələduzluq maddəsi ilə təqsirkar bilinərək barəsində olan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir və hazırda məhkəmə baxışındadır.
Arzu Məmmədovun qohumu İlhamə Bayramovaya sələmə verdiyi pullarla bağlı aralarında yaranmış mülki iddialı işin həlli Daşkəsən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir.

Həmin məsələyə rayon hüquq mühafizə orqanlarında araşdırılaraq hüquqi qiymət verilmiş və bu barədə maraqlı şəxslər, o cümlədən şikayətçi Arzu Məmmədovun özü də məlumatlandırılmışdır.

Lakin Arzu Məmmədovun heç bir hüquqi əsaslara söykənməyən, əsassız olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti haqqında müxalifət saytlarında və sosial şəbəkələrdə yayımladığı yazılar və video-çarx bunun müəyyən maraqlı şəxslərin təsiri ilə edilməsi təsəvvürü yaradır.

Belə ki, təsdiq edilmiş faktlar onu deməyə əsas verir ki, Qarabağ qazisi Arzu Məmmədov ilə İlhamə Bayramovanın arasında olan borc pul mübahisəsinin 2 il 6 ay bundan əvvəl baş verməsinə və Arzu Məmmədovun həmin məzmunlu şikayətinin əsassız olması barədə Daşkəsən rayon Prokurorluğu tərəfindən 13.11.2017-ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, o həmin qərardan bu günədək heç bir yuxarı instansiyalara şikayət və narazılıq bildirmədiyi halda, son günlər, yəni Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Daşkəsən rayonun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra, kombinatın özəlləşdirilməsinə maneçilik törətməyə çalışan bəzi şəxslərin maraqlarına toxunduğu üçün şəxsən Daşkəsən “Filizsaflaşdırma” ASC-nin 18 il işləmiş sabiq idarə heyətinin sədrinin və həmin bu maraqlı şəxslərin tapşırığı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı müxalifət saytlarında, sosial şəbəkələrdə belə əsassız, qərəzli, böhtan xarakterli materiallar dərc etdirməyə başlayıblar.

Arzu Məmmədovun müxalifət saytlarında, sosial şəbəkələrdə Daşkəsən Rayon İcra Hakimiyyəti barədə dərc etdirdiyi bu əsassız məlumatlar tamamilə şər-böhtan xarakterli olmaqla, həm də onun öz çirkin əməllərinə haqq qazandırmaq cəhdidir və həmin maraqlı şəxslərin tapşırıqlarını yerinə yetirmək məqsədi güdür.
Hazırda İlhamə Bayramovanın cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması nəzərə alaraq KİV-lərdə və sosial şəbəkələrdə belə qeyri-obyektiv məlumatların dərc edilərək ictimai rəy yaradıb formalaşdırılması günahkarın ədalət mühakiməsinə təsir və təzyiq göstərilməsi kimi qiymətləndirilməli və bu cür hərəkətlər qanunazidd olduğundan yolverilməzdir.
Xüsusilə onu da qeyd edərək bildirirəm ki, Arzu Məmmədov 2008-ci ildən 2010-cu ilə kimi “Kapital” Bankın Daşkəsən filialında kredit şöbəsində müfəttiş işləyərkən həmin dövrdə də bəzi şəxslərə faizlə sələmə pul vermək fəaliyyəti ilə məşğul olmuş, filialın sabiq müdiri Rauf Yusifovu şərləyərək işdən uzaqlaşdırmışdır. Kredit mütəxəssisi işləyən Arzu Məmmədov bir müddət filial müdiri vəzifəsini icra edərək ayrı-ayrı vətəndaşlara sələmə və kreditə verdiyi pullarla bağlı bankda yaratdığı ciddi problemlərə görə işdən azad edilmişdir. (Arzu Məmmədovun qanunsuz hərəkətlərini bütün rayon əhalisi bilir və əgər yoxlanılarsa, tam öz təsdiqini tapacaqdır.) Sonra da o, rayondan qaçıb gedərək hərbi hissələrin birində müddətdən artıq xidmət edən əsgər (MAXE) kimi xidmətə başlamışdı.
Bildirirəm ki, Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı yaydığı məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır, ona və ailəsinə qarşı ümumiyyətlə hər hansı bir hədə-qorxudan söhbət belə gedə bilməz, o bəzi maraqlı şəxslərin təsiri altına düşərək onların qarayaxma kampaniyasına xidmət göstərir.

Sizdən təkzib verməyinizi xahiş edirəm.

Nağıyeva Aidə Nazim qızı
Daşkəsən Rayon İcra Hakimiyyətinin
Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdir müavini

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button