2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qarabağ separatçıları Paşinyanın Azərbaycanla barışığa yönələn addımlarını qəbul etmirlər

Bakı/27.12.21 Bu gün Dağlıq Qarabağın qondarma “parlamenti” Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 24-də verdiyi bəyanatları sərt şəkildə pisləyib.

“Arsaxın taleyi heç bir siyasi qüvvənin inhisarı olmayıb və olmayacaq. Dekabrın 24-də Nikol Paşinyanın müsahibəsində səsləndirilən bir sıra təhlükəli və təhrif olunmuş fikir və ideyalarla bağlı Arsax Respublikasının geniş ictimai və siyasi dairələrinin rəy və mövqelərini təqdim edərək öz narazılığımızı və hiddətimizi bildiririk”.

Beləliklə, Qarabağ erməniləri regionun Azərbaycanın tərkibində olmasının mümkünlüyünü rədd edirlər və “DQR”-in beynəlxalq aləmdə tanınması uğrunda mübarizəni davam etdirəcəklərini bəyan edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda həmçinin Paşinyanın Qarabağın azərbaycanlı əhalisi və onun hüquqları haqqında danışmasından hiddət ifadə olunub.

Bəyanatda deyilir ki, Qarabağ erməniləri onların mövqeyi nəzərə alınmadan hər hansı mövqenin ifadə edilməsinin yolverilməz olduğunu bildirirlər və Qarabağın gələcəyilə bağlı qərar qəbul etmək hüququnu özlərində saxlayırlar.

Beləliklə, rəsmi Yerevanla Qarabağ erməniləri arasında münasibətlər daha da gərginləşir. Lakin Qarabağ erməniləri maddi və siyasi baxımdan Yerevandan çox asılıdırlar. Regionda hadisələrin gələcək inkişafı müəyyən mənada bu ziddiyyətlərin necə həll ediləcəyindən  asılı olacaq. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button