2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ” uduzdu, “pley-off”a çıxdı

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cavab oyununa evdə çıxıb.

“Qarabağ” Çexiya çempionu “Viktoriya”nı qəbul edib. Hesabı 28-ci dəqiqədə Muarem Muarem açıb. Bundan sonra “Qarabağ”ın bir neçə qol imkanı olsa da, bundan yararlana bilməyib. Əvəzində 85-ci dəqiqədə Mihael Krmençik bərabərliyi təmin edib. İlk matç 0:0 hesabı ilə başa çatdığından mərhələ keçən tərəf “Viktoriya” olub. “Qarabağ” isə mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində davam etdirəcək.

Qeyd edək ki, bu “Qarabağ”ın ardıcıl 3-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsindəki çıxışı olub. Lakin Azərbaycan çempionu yenə bu səddi keçə bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

Qarabağ (Azərbaycan) – Viktoriya (Çexiya) 1:1
Qollar: Muarem Muarem, 28 – Mihael Krmençik, 85.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem (22. Əfran İsmayılov, 70), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (32. Elvin Yunuszadə, 84), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana (67. Əlhərbi Əl-Jadeuyi, 82).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 91. Coşqun Dinyev.
Baş məşqçi: Qurban Qurbanov.
Viktoriya: 1. Matuş Kozaçik, 2. Lukaş Heyda, 3. Aleş Mateyu, 4. Roman Hübnik (k), 7. Tomaş Horava, 8. David Limberski, 11. Milan Petrjela, 12. Mihal Duriş (23. Marek Bakoş, 79), 17. Patrik Hroşovski, 26. Daniel Kolar (15. Mihael Krmençik, 63), 19. Yan Kovarik (10. Yan Kopiç, 57).
Ehtiyat oyunçular: 13. Petr Bolek, 14. Radim Rjeznik, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera.
Baş məşqçi: Roman Pivarnik.
Sarı vərəqələr: Maksim Medvedev, 27. Qara Qarayev, 72. Miçel, 87 – Mihal Duriş, 69. Mihael Krmençik, 90+2.
Hakimlər: Hüseyn Göçek, Mustafa Emre Eyisoy, Kemal Yılmaz, Barış Şimşek (Türkiyə).
Hakim-inspektor: İqor Satkii (Moldova).
UEFA nümayəndəsi: Andreas Akkelides (Cənubi Kipr).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button