2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qarabağ veteranı: ‘Mən bunlardan iş istəyirəm, başqa nə istəyirəm…’


İkinci Qarabağ müharibəsində ( 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edib) iştirak etmiş Astara rayonun Siyətük kənd sakini Cavad Tahirov xidmətdən qayıtdıqdan sonra ağır problemlərlə üzləşdiyini deyir. Onun evindəyik. Həyətdə yarımtikili bir ev var. Yağışdan qorunmaq üçün ona sonradan “əl gəzdirildiyi” görünür. Veteran deyir ki, “bu yararsız ev” valideynlərinindir. Onun vurğulamasına görə, birinci problem evinin olmamasıdır:

“34 yaşında vətən çağırdı”

“34 yaşında vətən çağırdı, getdik xidmət elədik. Torpaqlarımızı azad etdik. Özüm ehtiyatda olan çavuşam. Xocavənd istiqamətində döyüşlərdə olmuşam…”

Saytların yığılması Saytlarin yigilmasi

Yaşadığı və validynlərinə məxsus olan evi əli ilə göstərib deyir ki,burda yaşamaq olmur:

“Uşaqlarım məktəblidir”

“Valideyinlərmilə birlikdə, iki uşağım, həyat yoldaşım və mən bu balaca evdə yaşayırıq. Mənim ailəm 4 nəfərdən ibarətdir, bir otaqda yaşayırıq. Uşaqlarım məktəblidir. Bu ata evimdir. Mənim əslində evim yoxdur.”

Onun sözlərinə görə, ikinci problem işsizliklə bağlıdır:

“Uşaqları vaxtlı-vaxtında yedizdirib məktəbə göndərə bilmirik”

“İşsizəm. Ailəmizdə mən başda olmaqla heç kimin daimi işi yoxdur. Yeganə qazanc anamın aldığı sosial pensiyadır. Qazanc olmadığına görə, uşaqları vaxtlı-vaxtında yedizdirib məktəbə göndərə bilmirik. Uşaqlarımın biri 4-cü sinifdə oxuyur. Ona təhsil lazımdır, geyim lazımdır, dərs ləvazimatları lazımdır. Heç birini ala bilmirəm.”

O, problemləri ilə bağlı yerli icra orqanlarına müraciət etdyini söyləyir:

“İcra aparatına 3 dəfə getmişəm,…”

“İcra aparatına 3 dəfə getmişəm, heç bir problem həll olunmayıb. Heç bizi qəbul etmirlər. Qeyd edirlər ki, baxarıq, ancaq nəticə hələ ki, yoxdur. Müraciət edəndə deyirlər ki,sən sağlamsan, öz problemlərini həll edə bilərsən. Bunların sözündən belə çıxır ki,müharibədən şikəst qayıtsaydım mənə qayğı göstərərdilər. Mən bunlardan iş istəyirəm, başqa nə istəyirəm…”

Onun atası İmanağa Tahirov da qabarlı əllərini göstərib deyir ki, yaşamaq çətindir:

57 yaşlı atası: “Ayağım iki yerdən sınıb”

“Mənim 57 yaşım var. Hazırda işsizəm. Oğlum da işsizdir. Əvvəllər evlərdə günəmuzd işləyirdik, 5-6 manat günə qazanırdım. Bu koronvirus pandameyası və müharibə onun da qarşısını aldı. 7 baş ailədir, çətindir. Özüm də xəstəyəm. Ayağım iki yerdən sınıb. Getdim müraciət etdim, dedilər sənə pensiya düşmür. Bir oğlum, bir qızım var. Müharibə başlayanda tək oğlumu apardılar. Hər gün dua edirdim ki, oğlum daxil olmaqla igidlərmiz sağ- salamat qayıtsınlar. Müharibədən qayıtdı. Amma evdə də problem çox. Həyətyanı təsərrüfat da elə bir qazanc vermir.”

Anası: “Mən 130 manat sosial pensiya alıram”

Cavad Tahirovun anası Məhbubə Nuriyevə də söhbətə qoşulur:

“Mən 130 manat sosial pensiya alıram.Bu ailə həmin bu pulla yaşayır.Əğər ona yaşamaq demək olarsa.Oğlum ləyaqətlə borcunu yerinə yetirib.İndi onu işlə təmin etsinlər.Evi olmalıdır.İndiki yaşadığımız ev yararsızdır.Uşaqları da böyüyür.”

Veteranın həyat yoldaşı Nuranə Tahirova da uşaqlarını doyunca yedizdirə bilmədiyindən gileylənir:

Xanımı:“ Uşaqların qış ayaqqabıları yoxdur ”

“Təmizlik işləri də bu evdə görülür, yemək də bu evdə hazırlanır. Zülüm çəkirik. İnanın ki, ərzaq təminatımız çox aşağı səviyyədədir. Uşaqların qış ayaqqabıları yoxdur.”

İcra hakimiyyəti: “İşlə təmin edəcəyik”

Astara Rayon İcra Hakmiyyəti aparatınin şöbə müdiri Xanverdi Şirinov isə Cavad Tahirovun problemlərini həll edəcəyini deyir:

“İşlə təmin edəcəyik. Bilirik, anası da, atası da xəstədirlər. Hər gün məşquluq. İndi sizinlə danışıram, şəhid ailəsindəyəm.”

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button