2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Qarabağ”-“Viktoriya” oyununa bilet satışı dayandı

Yayımlandı: 14 Avqust 2022 16:21

Saytdakı texniki problemləri “qara bazar”la əlaqələndirirlər

“Qarabağ”-“Viktoriya” (Plzen) arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən “iticket.az” saytında texniki problem yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

Biletlərin oyuna 3 gün qalmış, yəni 14 avqust, saat 11-də satışa çıxarılacağı elan edilsə də, saytdan bilet əldə etmək mümkün olmayıb.
Bildirilir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.
Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Sosial şəbəkə istifadəçiləri bununla bağlı narazılıqlarını paylaşıblar. Bilet satışının “qara bazar” alverçilərinin ucbatından baş tutmadığını yazanlar da var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button