2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatİdman

“Qarabağ”ın potensial rəqibləri bu komandalar ola bilər

Çempionlar Liqasının 2016/17 mövsüsündə iştirak edəcək komandaların siyahısına yavaş-yavaş aydınlıq gəlir. ANS PRESS-in məlumatına görə, artıq qitənin birnömrəli klub turnirində iştirak edəcək 31 komandanın adı müəyyənləşib.

Bunlardan 5-i birinci, 13-ü ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq. Azərbaycan çempionu da 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacağından, həmin 18 komanda təmsilçimizin potensial rəqibidi. Bu iki mərhələdə iştirak edəcək qalan 20 komandanın adı hələ aydınlaşmayıb.

Artıq Çempionlar Liqasında iştirakı dəqiqləşmiş qalan 13 komandadan 2-si üçüncü təsnifat mərhələsinə, 11-i birbaşa qrupa vəsiqə qazanıb.

Saytların yığılması Saytlarin yigilmasi

I təsnifat mərhələsi
Valletta (Malta), B36 Torşavn (Farer adaları), Flora (Estoniya), TNS (Uels), Santa Koloma (Andorra).
II təsnifat mərhələsi
APOEL (Cənubi Kipr), BATE (Belarus), Norrkopinq (İsveç), Rusenborq (Norveç), Ferençvaroş (Macarıstan), Astana (Qazaxıstan), Dinamo (Tiflis, Gürcüstan), SJK (Finlandiya), Hafnarfyordor (İslandiya), Dundalk (İrlandiya), Krusaders (Şimali İrlandiya), Jalgirs (Litva), Liepaya (Latviya).
III təsnifat mərhələsi
Olimpiakos (Yunanıstan), Şaxtyor (Ukrayna).
Qrup mərhələsi
Barselona, Atletiko, Real (hamısı İspaniya), Leyçester (İngiltərə), Bavariya, Borussia Dortmund (ikisi də Almaniya), Yuventus (İtaliya), Benfika, Sportinq (ikisi də Portuqaliya), PSJ (Fransa), Dinamo Kiyev (Ukrayna).

"Qarabağ" klubu

“Qarabağ” klubu

Hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayan Ağdam klubu bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil etməyə ən real namizəddi. Ağdamlılar növbəti turda “Zirə”ni məğlub etsə, çempionluğunu rəsmiləşdirəcək.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button