2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağda böyük müharibə gözlənilir – Proxvatilov

Dağlıq Qarabağda böyük müharibənin gözləntiləri artır.

Publika.az xəbər verir ki, bu barədə “Realpolitik” akademiyasının rəhbəri, Hərbi elmlər akademiyasının eksperti Vladimir Proxvatilov deyib.

Onun sözlərinə görə, münaqişə zonasında atəşkəs rejiminə riayət olunmur: “Tərəflər bir-birini ittiham edirlər. Maraqlıdır ki, Azərbaycan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı “qətiyyətli ölçülər götürüləcək” açıqlamasından bir neçə saat sonra Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsullarını geri çağırdı. Əldə etdiyim informasiyalara görə, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Rusiyanın Ermənistana dəstəyini kəsmək üçün fəal iş aparır. Ermənistanda isə hələ də Rusiyanın söz verdiyi 200 milyon dollarlıq silahın gəlmədiyi haqda narahat dolu açıqlamalar verilir. Erməni ekspertlər hesab edirlər ki, Rusiya silahları verməsə, o zaman İrəvan alternativ mənbələrdən silah almağa məcbur olacaq. Ermənistana silahların verilməməsi Kremlin Dağlıq Qarabağla bağlı mövqeyinin dəyişmədiyini göstərir. Azərbaycanla müharibə olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistana dəstək verməyə bilər. Mənim Ermənistandakı mənbələrim bildirirlər ki, Rusiya Ermənistana qarşı cəbhədə yer alarsa, nəticələr gözlənilməz olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsindən, Rusiya və İsraildən alınan hərbi texnikalardan danışan ekspert Cənubi Qafqazda qızğın siyasi proseslərin baş verdiyinə diqqət çəkir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button