Now Reading:
Qarabağda etirazlar dayandırılır

Xankəndində etirazları koordinasiya edən komitə aksiyaların dayandırıldığını elan edib. Bunu Ermənistanın baş naziri Nikol Pashinian ötən gecə Facebook səhifəsində yazıb.

“Stepanakertdə mitinqləri koordinasiya komitəsi Artsax (ermənilər Qarabağa belə deyirlər-red.) prezidenti Bako Saakian və Ermənistanın baş naziri Nikol Pashinian-ın müraciətini nəzərə alaraq etiraz aksiyasını dayandıracağını bildirib”, – Pashinian bildirib.

Dünən axşam Facebook-da canlı yayımda Pashinian Dağlıq Qarabağda dördüncü gündür davam edən etirazlara toxunub. Etirazçılar güc strukturları rəhbərlərinin istefasını tələb edirlər.

Baş nazir etirazları dayandırmağa, Qarabağdakı hakimiyyətə əldə olunmuş razılaşmaları icra etməyə imkan verməyə çağırıb.

***

Ermənistanın birinci prezidenti Levon Ter Petrosian ölkənin baş naziri Nikol Pashinian-ı Dağlıq Qarabağda baş verənlərə müdaxilə etməyə, “Qarabağda daxili siyasi sabitliyi bərpa etməyə, dövlət maşınının fasiləsiz işini təmin etməyə” çağırıb.

“İttihamlar Bako Saakian-a (separatçı rejimin lideri- red.) yönəldiyindən, onun sözü nə qədər səlahiyyətli olsa da, etirazçıları inandıra bilməyəcək. Fəal müdaxilə, üçüncü, neytral tərəfin müdaxiləsi gərəkdir ki, Qarabağda daxili siyasi sabitlik bərpa olunsun, dövlət maşınının fasiləsiz işi təmin edilsin. Belə bir tərəf 1993-cü ildən özünü Dağlıq Qarabağın qarantı elan etmiş Ermənistan Respublikasının rəhbəridir. Yəni bu tərəf Nikol Pashinian-dır”, – Ter-Petrosian müraciətində deyib.

“Ermənistanda baş verənlər, yumşaq desək, Qarabağ üçün qəbuledilməzdir. Kütləvi etiraz aksiyalarını və Qarabağda hakimiyyətə təzyiqi nəzərdə tuturam. Müharibə vəziyyətində olan ölkə üçün bu, faciəvi nəticələrə gətirə bilər”, – müraciətdə deyilir.

Keçmiş prezidentin fikrincə, kütləvi etirazlara səbəb olmuş insidentə görə günahkarlar sərt cəzalandırılmalıdırlar. “Ancaq güc strukturlarının rəhbərlərinin istefası tələbinin yerinə yetirilməsi Qarabağda hakimiyyət sisteminə güclü zərbə vurar”, – o, sözlərinə əlavə edib.

Qeyd edək ki, iyunun 2-də bir qrup etirazçı Xankəndində mərkəzi yolu bağlayaraq Qarabağdakı hakimiyyətin istefasını tələb edib. Etiraz aksiyası iyunun 1-də bir vətəndaşla təhlükəsizlik zabitinin dartışmasından sonra başlanıb. Polisin bildirməsinə görə, tərəflər bir-birinə xəsarət yetiriblər. Polis mübahisənin səbəbini açıqlamayıb.

Levon Ter Petrosian yada salıb ki, 1993-cü ildə də Dağlıq Qarabağda oxşar durum yaranıb. O zaman o, vertolyotla Xankəndinə uçub və hakimiyyətin möhkəmləndirilməsi məsələsini dərhal yoluna qoyub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

QR:  <?php the_title(); ?>

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.