2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qarabağda gərginlik: “Ermənistana 72 saat vaxt…”

Bir neçə gündür cəbhə xəttində davam edən gərginlik, bu gün kulminasiya həddinə çatdı. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Nazirliyin məlumatında düşmənə qarşı görüləcək cavab tədbirləri haqqında heç bir məlumat verilmir. Ümumiyyətlə, Azərbaycanın bu təxribata və cinayətə qarşı atacağı adekvat addımların nədən ibarət olacağı məlum deyil. 

Saytların yığılması Saytlarin yigilmasi

Hadisəyə Xarici İşlər Nazirliyi (XİN) operativ reaksiya verib. Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. “3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir”, – bəyanatda bildirilir .

Azərbaycanın Baş Prokurorluğu isə əsgərimizin şəhid olması ilə bağlı cinayət işi başlayıb. Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Olayı Pressklub.az-a şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, hadisə Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazidə baş verdiyi üçün məsuliyyətin böyük hissəsi qanunsuz erməni silahlı qüvvələrinin deyil, məhz Rusiya “sülhməramlıları”nın üzərinə düşür. Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “sülh müqaviləsinin süni şəkildə uzadılması risklər yaradır” deyəndə elə bu cür təxribatları nəzərdə tuturdu. 

“Bu hadisəyə görə Azərbaycan cəmiyyətini bir sual düşündürür- şəhidimizin qisası necə alınacaq? Bəyanatla, yoxsa, konkret və onqat cavabla? Müharibədən əvvəl bu cür təxribatlarla yüzlərlə şəhidimiz olmuşdu və hər dəfə bəyanat verəndə nəticəsi nə olurdu?”, – deyə ekspert sual edir. 

Cavabları da İ.İsmayılın özündən aldıq. Deyir ki, erməni silahlı quldur dəstələri əsgərlərimizi öldürməkdə davam edirdi: 

“Bəyanatlar şəhid qisasını almır. Yalnız sərt adekvat cavab düşməni və havadarını yerində oturdur, necə ki, 44 günlük müharibədə oldu. İndi də cavab sərt olmalıdır. Yeni Laçın yolu hazırdır. 72 saat vaxt verməklə Laçın, Zabux, Sus kəndlərinin boşaldılması həm Rusiya hərbi kontingentindən, həm də ermənilərdən tələb olunmalıdır. Əks halda, qeyd olunan ərazilərin hərbi güc tətbiq etməklə azad ediləcəyi ultimatumu verilməlidir. Rusiya hərbiçilərinin dəstəyi ilə (onlar ermənilərin təxribatlarını yalnız müşahidə edirlər, nəzarət etmək göstərişi yoxdur) Azərbaycan ərazisində Azərbaycan əsgərini öldürməyin bədəlini ordumuz düşmənə ağır ödətməlidir. Bəyanatla təxribat qarşısı alınmır. Sərt cavab verilməlidir. Əks halda, düşmən əsgərlərimizi şəhid etməkdə davam edəcək. Hadisənin bəyanat hissəsi XİN-in, hərəkət hissəsi isə MN-in səlahiyyətinə aiddir. Cavab verilsin, sonra 10 noyabr 2020 razılaşmasına kimin əməl edib-etməməsi müzakirə olunsun. Azərbaycanın maraqları bunu tələb edir”.

Hərbi ekspert Ədalət Verdiyev də fakta münasibət bildirərəkən deyib ki, atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalı, şəhidimizin 10 qat qisası alınmalıdır. “Atəş açılan düşmən ərazisində bayrağımız qaldırılmalıdır. Qarabağın rusların nəzarətində olan ərazilərindən erməni silahlıları tam çıxarılana və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də Azərbaycanın nəzarətində qismən qapalı qalmalıdır”.

Turqut

24 saat” “Qarabağda gərginlik: “Ermənistana 72 saat vaxt…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button