Now Reading:
“Qarabağ”da gözlənilməz ayrılıq

Son Azərbaycan çempionu “Qarabağ”dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, söhbət Riçard Almeydadan gedir.

Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya yeni sözləşmə təklif edilsə də, “sambaçı” bunu qəbul etməyib.

Millimizin 29 yaşlı yarımmüdafiəçisi karyerasını başqa ölkədə davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, “Qarabağ”ın ən yüksək ödənişli futbolçusu olan Riçard Almeyda “Qarabağ”da 2012-ci ildən çıxış edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.