Now Reading:
Qarabağda işğalçı ordunun iki əsgəri minaya düşdü

Qarabağda işğalçı ordunun iki əsgəri minaya düşdü

Dağlıq Qarabağda işğalçı Ermənistan ordusunun iki hərbçisi minaya düşüb.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən məlumat verir ki, hadisə hələ yanvarın 4-də baş versə də, rəsmi olaraq bu barədə yalnız bu gün bildirilib. Yaralı hərbçilər Xankəndindəki hospitala yerləşdiriliblər. Hər ikisinin ayaqları amputasiya edilib.

Dünən onlar Ermənistan Müdafiə Nazirliyinin Yerevandakı Mərkəzi hərbi hospitalına köçürülüblər. Yaralılardan birinin – N.Marukyanın vəziyyətinin ağır olduğu qeyd edilir.

Input your search keywords and press Enter.