Siyasət
Qarabağda tullantı materialları yenidən emal olunaraq yol yataqlarının tikintisində istifadə olunur

İşğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur.
“Report” xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə yazıb.
“Qarabağ iqtisadi rayonunda daha bir yenilik! Azərbaycanda ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur. Bu həm ekoloji, həm də iqtisadi səmərədir!”, – o, sosial şəbəkədə qeyd edib.
Mənbə:Report