2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağdakı qondarma rejim 120 mindən çox adamın geri döndüyünü deyir

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin nümayəndəsi Mane Tandilyanın sözlərinə görə, hazırda Dağlıq Qarabağda 120 mindən çox erməni sakin yaşayır.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, o bunu, Azərbaycan prezidenti İlham Əliyevin bəyanatına cavab olaraq bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin yazdığına görə, İlham Əliev bundan əvvəl bildirib ki, hazırda Dağlıq Qarabağda 25 min erməni sakin yaşayır.

Özünü qondarma rejimin əmək və sosial məsələlər üzrə naziri kimi təqdim edən Tandilyanın sözlərinə görə, onda olan məlumat sosial və təhsil proqramlarından faydalananların sayına əsaslanır.

Onun sözlərinə görə, Rusiyanın Müdafiə Nazirliyidə bu ilin yanvarında bəyan edib ki, artıq Dağlıq Qarabağa 50 mindən çox erməni sakin dönüb.

“Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Qarabağda 25 min erməni sakin yaşayır. İlham Əliyevin sözlərinə görə, onlarda müxtəlif texniki vasitələr, peyklər var və onlar neçə maşın insanın geri döndüyünü görürlər. Azərbaycan prezidenti hesab edir ki, 25 min nəfərlik sakinin statusunun müzakirəsi məntiqsizdir”-, deyə Mane Tandilyan bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev hələ 44 günlük son Qarabağ savaşı zamanı və ondan sonra dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin statusundan söhbət də gedə bilməz və bu məsələ artıq qapanıb.

Xatlrlatma

2020-ci il sentyabrın 27-də başlanan son Qarabağ müharibəsi həmin il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs razılaşması ilə sona yetdi.

Azərbaycan bu müddət ərzində Şuşa şəhəri və Hadrud qəsəbəsi də daxil olmaqla 30 ilə yaxın Ermənistanın işğalında olan bütün ərazilərini geri qaytarıb.

Qarabağda erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasındsa Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

24 saat” “Qarabağdakı qondarma rejim 120 mindən çox adamın geri döndüyünü deyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button