2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

Bakı/09.09.21 Sentyabrın 9-da Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokovu qəbul edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Karapetyan görüşdə Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi səylərini və Qarabağdakı Rusiya sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Kosobokov bu təyinata qədər Rusiya 58-ci Ümumqoşun Ordusunun (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində işləyirdi. Vaxtilə Kosobokov Abxaziyada Rusiya hərbi bazasına rəhbərlik edib. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button