Siyasət

Qarabağdakı sülhməramlıların yeni komandanı: Kosobokovun vəzifəsi yüksəlir

Bakı/25.09.21 General-leytenant Gennadi Anaşkin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib, bu barədə Sputnik-Armenia məlumat yayıb.

Bu gün Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsinin rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Görüşdə Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin ilk komandanı vəzifəsinə Rüstəm Muradov təyin edilib. Bu yaxınlarda o, missiyasını başa vurub, bundan sonra qısa müddət üçün bu vəzifədə onu general-mayor Mixail Kosobokov əvəz edib. İndi estafet Gennadi Anaşkinə keçir.

Gennadi Vladimiroviç Anaşkin 1969-ci ildə Kubışevdə (hazırki Samara) dünyaya gəlib. 1987-ci ildə orduya çağırılıb, hərbi xidmətini Almaniyada keçib. Sonradan Ryazan Ali Hava-Desant Komanda Məktəbini bitirib. 1998-ci ildən etibarən 116-cı əlahiddə paraşüt-desant batalyonunda xidmət edib, bölüyə komandirlik edib.

1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Anaşkin keçmiş Yuqoslaviyada xidmət edib, Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant batalyonuna komandirlik edib.

2003-cü ildə Rusiya SQ-nin Ümumqoşun Akademiyasını bitirib. Birinci və İkinci çeçen müharibələri zamanı Çeçenistanda ezamiyyətdə olub.

2007-ci ilin iyunundan 104-cü qvardiya desant-hücum alayına (76-cı qvardiya desant-hücum diviziyası) komandirlik edib. Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib. -0-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button