Now Reading:
“Qarabağ”dan bir günə 2 oyun

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən “Şkupi” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, ilk sınaq matçında “Kuban”la 2:2, digər görüşdə “Lexiya” (Polşa) ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” yanvarın 29-da “Sarayevo” (Bosniya və Herseqovina), fevralın 3-də isə “Mladost”la (Monteneqro) üz-üzə gələcək.

Yoxlama oyunları
16:00 “Qarabağ” (Azərbaycan) – “Şkupi” (Makedoniya)
18:30 “Qarabağ” (Azərbaycan) – “Mariupol” (Ukrayna)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.