Qarabağdan Ermənistana keçənlərin sayı 87 mini keçib
class=”mediyanet-inline-adv”>
Sentyabrın 19-20-də Azərbaycan ordusunun Dağlıq Qarabağda silahlı erməni qruplaşmalarına qarşı keçirdiyi əməliyyatdan sonra erməni separatçıları silahlarını yerə qoyur, mülki erməni əhalisi isə Ermənistana qayıdır. Ermənistan hökuməti yerli vaxtla saat 06:00-a Qarabağdan ölkəyə gələn ermənilərin sayının 87 min 770 nəfərə çatdığını açıqlayıb. Bildirilib ki, Ermənistanda əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayanlar hökumət tərəfindən yaşayış yeri ilə təmin olunurlar.
TƏHLÜKƏSİZ KEÇİŞ
Sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda başlatdığı 24 saatlıq antiterror əməliyyatından sonra erməni silahlı dəstələri təslim olub və Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq prosesi başlayıb. Erməni silahlı dəstələrinin tərksilah edilməsinə razılıq verməsindən 4 gün sonra Azərbaycan regiondan Ermənistana yeganə yolu bazar günü açıb. Ermənistana könüllü qayıtmaq istəyən ermənilərin ölkəyə təhlükəsiz keçidi prosesi başlanmışdı.
2023-09-29 14:19:14
Tərcümə“24 SAAT”