Loading...
Loading...
ÖLKƏGündəm

Qarabağdan xəstə helikopterlə Yerevana aparılıb-Azərbaycanın razılığından sonra

Ağr vəziyyətdə olan 17 yaşlı Xankəndi sakini Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi aviasiya helikopteri ilə Yerevana çatdırılıb.

Bu barədə yanvarın 22-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfi ilə razılaşdırılmaya əsasən hərbi pilot və həkimlər 17 yaşlı Dağlıq Qarabağ sakinini uşaq xəstəxanasının reanimasiya şöbəsindən götürərək Yerevandakı Erebuni hərbi aerodromuna təxliyə ediblər.

Rusiya sülhməramlı kontingentinin tibbi dəstəsi yol-nəqliyyat hadisəsi nəticəsində onurğası ağır zədələnmiş 17 yaşlı gəncin sanitar təxliyyəsini həyata keçirib. Stepanakert (Xankəndi) şəhərində xüsusi yardım göstərmək mümkün olmadığı üçün gənc İrəvan şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisəsinə aparılıb”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi İvan Voronin bildirib.

Məlumatda deyilir ki, 17 yaşlı gənc ötən gün bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yeniyetmənin valideynləri Rusiya sülhməramlı kontingentinin təyyarədən istifadə etməklə İrəvandakı ixtisaslaşmış tibb müəssisəsinə təcili təxliyə edilməsi üçün ictimai qəbula müraciət ediblər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona (Ağdam və Füzuli rayonları daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button