2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qarabağın erməni icması danışıqları Xocalıda aparmaq istəyir

Yayımlandı: 14 Mart 2023 13:30

İcma humanitar məsələlərin “siyasiləşdirmədən” danışıqların gündəliyinə salınmasını israr edir

“Dağlıq Qarabağın erməni icması Azərbaycan nümayəndələri ilə görüşün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Xocalıda baş tutmasını istəyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Qarabağ Xarici İşlər Nazirliyi”nin Bakının dəvətinə cavabında deyilir.

“Qarabağ Xarici İşlər Nazirliyi” humanitar, infrastruktur və texniki məsələlərin “həddindən artıq siyasiləşdirmədən” iclasın gündəliyinə salınmasını israr edir.

Yanvarın 13-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etmişdi.

Prezident Administrasiyası görüşün yaxın günlərdə Bakıda keçirilə biləcəyini açıqlamışdı.

“Qarabağ Xarici İşlər Nazirliyi” cavab verib ki, münaqişənin hərtərəfli həllinə yönəlmiş danışıqlar beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda “tərəflərin bərabərliyinə və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair beynəlxalq təminatlar mövcud olduqda” aparılmalıdır.

Artsaxın [Dağlıq Qarabağ] blokadası, mülki əhalinin qorxudulması və polislərin güllələnməsi” şəraitində birbaşa dialoqdan danışmağı qəbuledilməz hesab edirik”, – deyə cavabda qeyd olunur.

Martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak etmişdi.

Bu arada Azərbaycan hakimiyyəti Qarabağ nümayəndələrini “reinteqrasiya ilə bağlı növbəti müzakirə” üçün Bakıya dəvət edib.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button