Loading...
Loading...
Cəmiyyət

“Qarabağ”ın potensial rəqibləri

“Qarabağ” Albaniya çempionunu keçsə, kimlərlə qarşılaşa bilər?

Məlum olduğu kimi, “Qarabağ” dünən Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Oxu.Az xəbər verir ki, Ağdam klubu bu mərhələdə Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq.

Bəs komandamız dişinə görə rəqib olan albanları mübarizədən kənarlaşdırsa, III mərhələdə hansı komandalarla qarşılaşa bilər?

Komandamız 11 komandadan biri ilə üz-üzə gələ bilər:

ÇFR (Rumıniya) – “Malmö” (İsveç)

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

“Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova)

BATE (Belarus) – HİK (Finlandiya)

AEK (Yunanıstan)

Qeyd edək ki, püşk iyulun 23-də atılacaq. “Kukesi” ilə oyunlar isə bu iyulun 25-də (səfər) və avqustun 1-də (ev) keçiriləcək.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button