2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Qarabağ”ın qapıçısı qəza törətdi – 6 aylıq körpə öldü

Tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiper idarə etdiyi “BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə “Mercedes” markalı avtomobili vurub.

“Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına “Neftçi”də başlayıb. Daha sonra o, icarə əsasında “Sumqayıt” və “Mil Muğan”da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə “Ayntraxt”a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

“Qarabağ”ın mətbuat xidməti məlumatı təsdiq edib.

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaq üçün italyanlarla oyunda sərfəli nəticə qazanmalıdır.

Elsevər

“Qarabağ”ın qapıçısı qəza törətdi  -  6 aylıq körpə öldü
“Qarabağ”ın qapıçısı qəza törətdi  -  6 aylıq körpə öldü

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button