Siyasət

Qarabağın qaytarılması üçün ŞƏRTLƏR DƏYİŞDİ: YENİ RUSİYA PLANI

“Kreml Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil etmək istəyir. Bakı bununla bağlı müzakirələr aparmağa qarşı çıxmır, lakin ən azından Qarabağ ətrafındakı rayonların qaytarılmasını şərt olaraq irəli sürür. Bunun üçün Rusiya Sarkisyana təzyiq edir”.

Bu iddia ilə “armenianreport” saytı çıxış edib.
Sayt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda durğunluğa diqqət çəkərək, əslində Rusiyanın planlarının əvvəlki kimi qaldığını qeyd edib: “Rusiya Ermənistanı rayonları qaytarmağa məcbur edir. Aprel müharibəsinin səbəblərindən biri də bu idi. Kremldə və Rusiya Müdafiə Nazirliyində axmaqlar oturmayıb, onlar Azərbaycan ordusunun həqiqi gücünü bilirlər”.
Sayt iddia edir ki, Serj Sarkisyan da Rusiyanın Qarabağ planına ortaqdır.
“O, məcburi və qorxaqcasına Rusiyanın dediklərini edir”, – deyə məqalədə bildirilir.
İddiaya görə, Rusiya münaqişəni həll etmək üçün ictimai müstəvidə addımlar atmağa hazırlaşır: “Artıq rusiyalı politoloqlar “Azərbaycan və Ermənistan arasında sülh platformaları” yaratmaq haqqında danışırlar. Bu, ermənilərin dirənişini qırmağa hesablanıb”.(Publika.az )
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close