2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Qarabağ”ın rəqibi kim ola bilər?

Bu gün Monakoda Bakı vaxtı ilə saat 20:00-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi olacaq. Nəticədə “Qarabağ”ın üç rəqibi məlum olacaq. 32 komanda dörd səbətdə yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci səbətdə yüksək reytinqə malik komandalar yer alıb: “Real” (Madrid), “Bavariya” (Münhen), “Çelsi” (London), “Yuventus” (Turin), “Benfika” (Lissabon), “Monako”, “Spartak” (Moskva), “Şaxtyor” (Donetsk).

İkinci səbətə öz ölkələrində çempion ola bilməyən, ancaq yüksək reytinqli komandalar daxildir: “Barselona”, “Atletiko” (Madrid), PSJ (Fransa), “Borusiya” (Dortmund), “Sevilya” (İspaniya), “Mançester-siti”, “Porto”, “Mançester-Yunayted”.

Üçüncü səbət: “Napoli”, “Tottenhen”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş” və “Liverpul”.

Nəhayət, sonuncu dördüncü səbətdə “Qarabağ”la yanaşı Şotlandiyanın “Seltik”, Kiprin (Apoel), “Sportinq” (Lissabon), MOİK (Moskva), “Feyenord” (Hollandiya), “Maribor” (Sloveniya), “Leypsiq” (Almaniya).

“Qarabağ”ın rəqibləri ilk üç səbətdən bir komanda olacaq.

Çempionlar Liqasının qrup mərhələsində zəif rəqib olmur, buna baxmayaraq, “Spartak”, “Şaxtyor” və ya “Monako” arzuolunan ola bilər.

İkinci səbətdən “Porto” və ya “Sevilya” münasib görünür.

Üçüncü səbət- “Bazel”, “Olimpiakos”, “Beşiktaş” və ya “Anderlext”.

Ancaq futbol bayramı ilə əlaqədar “Real”, “Barselona”, “Bavariya”, “Yuventus”, “Çelsi”, “Mançester Yunayted” kimi komandaları Bakıda görmək xoş olardı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button