2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağın virtual təbliğatı – Azərbaycan uduzur?

Tofiq Zülfüqarov Mehriban Əliyevaya müraciət etdi

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Bu barədə öz “Facebook” səhifəsində yazan keçmiş XİN rəhbəri erməni təbliğatçıların virtual fəaliyyətindən narahatdır.

Müraciətdə deyilir:

“Biz, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan cəmiyyətinin müxtəlif siyasi və sosial təbəqələrinin, eləcə də diasporaların nümayəndələri, internet və sosial şəbəkələrin aktiv istifadəçiləri olaraq, cəmiyyətimizin və ölkəmizin fundamental maraqlarına toxunan məsələyə diqqətinizi cəlb etmək istərdik.

Ermənistan uzun illər boyu Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünü və torpağlarımızın 20 faiz ərazisinin işğalını davam etdirir. Bir milyona yaxın soydaşlarımız dinc əhaliyə qarşı aparılan etnik təmizləmənin qurbanı olublar. Ölkəmizə və mentalitetimizin əsasları olan tariximizə, mədəni irsimizə və digər dəyərlərimizə qarşı silahlı təcavüz ilə yanaşı, ildən-ilə sürətli templərlə artmaqda olan böhtan və saxtalaşdırma xarakterli genişmiqyaslı məlumat aqressiyası tədbiq olunur.

Biz daim Ermənistan dövlətinin dəstəyi ilə yüksək səviyyədə təşkil edilən qurumlar tərəfindən internet məkanının bütün seqmentlərinin yalan və saxtalaşdırılmış məlumatlarla doldurulmasının şahidi oluruq. Axtarış sistemlərinin manipulyasiya effektindən (Search Engine Manipulation Effect, SEME) və axtarış zamanı «təklif” effektindən (Search Suggestion Effect,SSE) məharətlə istifadə edərək, ermənilər axtarış nəticələrinin qeyri-obyektiv formada sıralanmasına nail olurlar.

Müstəqil elmi araşdırmalar sübut edir ki, axtarış nəticələrinin birinci səhifədə sıralanması (SEME), eləcə də axtarış sözünün çap edildikdə “təklif” və “avtomatik əlavə etmə” (SSE) sistemləri nəticələrə böyük təsir göstərir və istifadəçilərin fikri ilə manipulyasiya edilməsi məqsədi ilə istifadə oluna bilər.

Nəticə olaraq, dünyanın istənilən yerində istifadəçi tərəfindən axtarış sisteminə “Azərbaycan”, “erməni-azərbaycan münaqişəsi”, “Qarabağ”, “Xocalı” və digər “teq”lər daxil edildikdə, monitorda görünən ilk axtarış nəticələrin əksəriyyəti ermənilər tərəfindən saxtalaşdırılmış “faktlar”, “copy-paste” mətnlər və ya videomateriallar olur.
Məsələn, axtarış sistemində “Karabakh” sözü çap edildikdə, Google “Karabakh war” səhifəsinə keçid təklif edir və bu səhifədə “Decisive Armenian military victory” (“Erməni ordusunun həlledici qələbəsi”) vurğulanır. Rus dilində “Карабах” sözü axtarıldıqda isə “Google” tərəfindən “xəbərlər” sözü əlavə olaraq təklif edilir və axtarış nəticələrinin birinci səhifəsində Ermənistanın xəbərlər saytlarının siyahısı təqdim edilir”.

Müraciətdə vurğulanır ki, ən acınacaqlı vəziyyət Azərbaycanın tarixi və ədəbiyyatı barədə ermənilərin rəylərlə hökmranlıq etdiyi “Vikipediya”nın rus bölməsində müşahidə edilir:

“Məsələn, bu yaxınlarda böyük ədəbiyyat klassikinin irsindən bizi faktiki məhrum edən “Nizamiyə Azərbaycan xalq şairi statusunun verilməsi üzrə kampaniya” adlı viki-məqalə dərc edilmişdir. Və belə misallar minlərlədir.

Ermənistanın 100 ildən artıq sürən təbliğatının məqsədi açıq-aydındır – ardıcıl, məqsədyönlü şəkildə təkidlə bizi Azərbaycana aid olan hər şeydən məhrum etmək və öz torpaqlarımızdan didərgin salmaq istəyirlər.

Heç birimizin tək başına öhdəsindən gələ bilməyəcəyimiz ciddi təhlükə mövcuddur. Təəssüflə qeyd etmək istərdik ki, ermənilər tərəfindən kütləvi saxtalaşdırmaya qarşı əks-təbliğat aparmağa çalışan dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, diasporanın, gənc siyasi qrupların və digər vətəndaşların strukturu və koordinasiya olunmayan cəhdləri istənilən nəticələr vermir.

Dünyanın istənilən nöqtəsindən axtarış sisteminə ölkəmizə aid olan hər-hansı bir söz, məsələn, “Qarabağ” yazan istifadəçinin nəticə olaraq ilk səhifələrdə Azərbaycanın maraqlarına cavab verən saytlara yönləndirən keçidləri görməsi erməni yalanlarına uğurlu qarşıdurmanın yeganə kriteriyası hesab edilə bilər. Təbii ki, bu təsviri və arzuolunan vəziyyət milli mentalitetimizin, milli iftixarımızın və identikliyimizin əsasını təşkil edən bütün anlayışlara da tədbiq olmalıdır”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov.

Müraciətin sonunda vurğulanır:

“Azərbaycan cəmiyyəti Sizi ölkəmizin mədəni və tarixi irsinin qorunması və təbliğatı sahəsində böyük xidmətləri olan siyasətçi kimi tanıyır və qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən problemə bir daha diqqət yetirməyinizi və ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək Sizə birbaşa tabe olan ixtisaslaşdırılmış xüsusi dövlət qurumunun yaradılması məsələsini nəzərdən keçirməyinizi xahiş edirik”.

Tofiq Zülfüqarovun təklifi dəstəklənməlidir

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı sabiq nazirin təşəbbüsünü müsbət qiymətləndirib.

“Dövlət bütün işləri görə bilməz, müəyyən çətinliklər və nöqsanlar olur. İctimaiyyətin vəzifəsi də bu məsələləri qabardıb, təklifləri əmələ çevirməkdir. Vaxtilə Tofiq Zülfüqarov, Nazim İmanov, Eldar Namazov və Sabit Bağırov “Qarabağ xartiyası” təsis etmişdilər və yaxşı da dəstək oldu. Təəssüf ki, bu təşəbbüsün ardı gəlmədi”.

Akif Nağı hesab edir ki, virtual aləmdə Qarabağın təbliği ilə bağlı işlər qənaətbəxş deyil:

“Ermənilər həm dövlət, həm də diaspor səviyyəsində ciddi maliyyə ayırıb, iş görürlər. Bizə gəldikdə, iki il əvvəl 3 dildə “Qarabağ sənədlərdə” adlı çox zəngin portal vardı, bura bölgənin tarixi, ictimai-siyasi və iqtisadi həyatıyla bağlı zəngin materiallar toplanmışdı. Təəssüf ki, portalın təsisiçisi Etibar bəy vəfat etdi və bundan sonra maliyyə problemi səbəbindən sayt dayandı. Yaxud 6 dildə “Karabax Today” saytı vardı, Zaur Qəriboğlu adlı gənc işlədirdi. Ancaq devalvasiyadan sonra maliyyələri dayandı. Səhv etmirəmsə, onları deputat Elxan Süleymanov himayə edirdi. Bunları ona görə xatırlatdım ki, bilsinlər, aşağıdan bu işləri görmək istəyənlər var. Sadəcə, problem maliyyədədir, əgər maliyyə dəstəyi olarsa, çox iş görmək mümkündür. Mən Tofiq müəllimin təklifini dəstəkləyirəm. Düşünürəm ki, bu işə dövlət səviyyəsində dəstək verilməlidir, əks təqdirdə alınmayacaq”.

Akif Nağı
Akif Nağı.

QAT sədri hesab edir ki, yalnız davamlı maliyyə resursu ilə mükəmməl iş ortaya qoymaq mümkündür: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına az maliyyə ayrılır. Onların da verdiyi qrantla yalnız hansısa resursu yaratmaq olur. 8-10 min manat civarında maliyyə ayrılır, bununla yalnız saytı yaratmaq olar, bəs işçilərin maaşı? 1 il fəaliyyət göstərdi, sonra necə olacaq? Ona görə də şuraya ardıcıl dəstək verilməlidir, əks təqdirdə heç nə alınmayacaq”.

Ayrılan qrantlar, görülən işlər…

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təkcə 2016-cı ildə Qarabağın təbliği və Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılması istiqamətində 1 milyon manata yaxın qrant layihələrini maliyyələşdirib. Həmin layihələrin çox cüzi hissəsi virtual aləmlə bağlıdır. Meydan TV həmin layihələrin bir hissəsini təqdim edir:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (Umud Mirzəyev): “Karabakh Realities” informasiya portalının hazırlanması üçün – 14 min manat;

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (Mehriban Vəzir): Qarabağ tarixindən: İbrahim Xanın qızları – Ağabəyim ağa və Gövhər ağa (200 səhifəlik kitabın yazılması və nəşri) – 8 min manat;

“Dostluq” Gənclərin əlaqələndirmə Mərkəzi (Yusif Mürsəl oğlu Ağayev): Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, mərhələləri və həlli perspektivləri: “azərbaycanlı və əcnəbi gənclərin elmi axtarışlarında” qısamüddətli ixtisasartırma kursları və elmi-praktik konfrans – 12 min manat:

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi (Mariya Pavlovna Hüseynova): Bolqarıstan Respublikasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlərin keçirilməsi – 13 min manat;

Qarabağ Azadlıq Təşkilatı (Akif Nağı ): Qarabağ həqiqətlərini əks etdirən DVD-lərin, çap materiallarının hazırlanması və yayılması – 14 min manat;

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi (Xanlar Ziyad oğlu Məmmədov): www.azerbaycanli.org saytında “Qarabağ tarixi” elektron xronoqrafının zənginləşdirilməsi, rus və ingilis dillərinə tərcüməsi – 8 min manat;

Müharibə Veteranı Qadınlarına Sosial İctimai Birliyi (Radə Samir qızı Abbas): Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi – 12 min manat;

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi (Vahid Kami oğlu Abbasov): “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət – 8 min manat;

Humanitar Tədqiqatlar İctimai Birliyi (Əvəz Həsənov): “Mənim köçkün taleyim” sənədli filmi – 14 min manat;

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (Samirə Vəli qızı Mustafayeva): Almaniyanın Berlin şəhərində Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı tədbirlərin keçirilmə – 9 min manat;

Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi (Anar Əhməd oğlu Xəlilov): “Ermənistanın Azərbaycana təcavüzü 1988-1994” adlı ingilis və rus dillərində sənədli filmin hazırlanması – 12 min manat;

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyi (Qafar Qələndər oğlu Mehdiyev): “Ermənilərin cinayət etirafları: Erməni cinayətləri milliyyətcə erməni və digər xarici ölkəaraşdırmaçıların dilindən” sənədli filminin hazırlanması – 11 min manat;

“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi (Rəsmiyyə Bəylər qızı Babayeva): Avropada Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırma tədbirlərinin həyata keçirilməsi – 10 min manat;

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi (Şəlalə Arif qızı Həsənova): “İrəvan məscidlərinin faciəsi” sənədli filminin hazırlanması və Macarıstanda təqdimatı. – 12 min manat;

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi (Nazim Əhmədli): Skandinaviya ölkələrində Qarabağ təbliğatı – 10 min manat;

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (İlham Surxay oğlu İsmayılov): Brüsseldə Xocalı həftəsi: beynəlxalq konfrans və Avropa Parlamenti önündə Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinqin təşkili 12 min manat;

“İntellekt” Araşdırmalar Mərkəzi İctimai Birliyi (Talib Kəlam oğlu Vəliyev) Erməni terroru və separatizmi sivil dünya üçün təhlükədir: Xocalı soyqırımı ilə bağlı tədbirlərin təşkilinə dəstək -12 min manat;

Tarix və Mətbuat Araşdırmalarına Dəstək ictimai Birliyi Yaqublu Nəsiman Qara oğlu Xocalı soyqırımını anım tədbirlərinin keçirilməsi – 12 min manat;

“Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti (Loğman Vəkil oğlu Kərimov): Rumıniya və Serbiyada Xocalı soyqırımını anım tədbirlərinin keçirilməsi –
12 min manat ;

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi (Səriyyə Müslüm qızı Cəfərova): Xocalı soyqırımında qətlə yetirilmiş 63 azərbaycanlı uşaq haqqında Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli filmin yaradılması – 12 min manat;

İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyi (Leyla İlqar qızı Binyatova): Cəbhəyanı bölgələrdə gənclər üçün vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi -9 min manat
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi (Gəray Ayaz oğlu Əlibəyov): “Şəhidliyə aparan yol” qısametrajlı sənədli filmin hazırlanması – 10 min manat;

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi (Tükəzban Mikayıl qızı Süleymanova): “Vətənin müdafiəsinə hazır ol!” devizi ilə yeniyetmə və gənclər üçün aksiyaların təşkili – 9 min manat;

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi (Qalibə Əli qızı Budaqova): Qərbi Azərbaycanda doğulub böyümüş azərbaycanlının həyat hekayəsi – 11 min manat;

Regional Gender Mərkəzi İctimai Birliyi (Şərqiyyə Ənvər qızı Dadaşova): Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımlarının göstərilməsi – 8 min manat;

“Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi (Alman Ənvər oğlu Abbasov): Qarabağ müharibəsi iştirakçılarının problemlərinin həllinə dəstək – 8 min manat; 

“Uğurlu Gələcək” İctimai Birliyi (Elgün Xanoğlan oğlu Rzazadə): “Şuşa qalası”: gənclər üçün teatral formatda tanışlıq tədbirləri – 12 min manat; 

“ProDemos” İctimai Birliyi (Kamal Xəqani oğlu Cəfərov): “Qarabağ uğrunda birlik” adlı qısametrajlı filmin istehsalı – 12 min manat;

Gəncə Regional Qadın Mərkəzi (Məleykə Çəmşid qızı Əlizadə): Gəncədə gənclər üçün vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin təşkili – 10 min manat;

“Bizim şəhər” Sumqayıt Sosial -İnkişaf Mərkəzi (Mətanət Sevindik qızı Zeynalova): Sumqayıt məktəblərində vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı maarifləndirmə işinin aparılması – 7 min manat;

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi (Dadaş Qərib oğlu Rzayev): Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq! – 14 min manat;

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi (Elşən Rüstəm oğlu Rüstəmov): 4 günlük müharibədə Azərbaycanın qələbəsi haqqında sənədli filmlər vasitəsilə əhalinin vətənpərvərlik ruhunun yüksəldilməsi -12 min manat;

“Yayım” Assosiasiyası (Yaşar Böyükağa oğlu Zeynalov): “Qarabağı unutma”- cənub bölgəsində gənclərin vətənpərvərlik hisslərinin artırılmasına dair tədbirlərin təşkili – 9 min manat;

Universitet Təhsilli Qadınlar Cəmiyyəti İctimai Birliyi (Tamam Şaməmməd qızı Cəfərova): Hərbi-vətənpərvərlik tərbiyəsində multimedianın rolunun
artırılması -10 min manat;

Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi (Hacəmi Hacı oğlu Atakişiyev); Vətənpərvərlik mövzusunda sosial reklamların və reklam konstruksiyalarının hazırlanması – 10 min manat;

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Yusifova Sevil Şərif qızı Milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin gənclər arasında təbliği –
12 min manat;

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi (Xatirə Yusif qızı Vəliyeva): Xankəndi şəhərinin şəhid və məcburi köçkün ailələrinin həyatı haqqında videoçarxın çəkilməsi – 10 min manat;

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) (Şahin Əmir oğlu İsmayılov) Azərbaycan həqiqətlərinin İKT üzərindən müxtəlif dillərdə təşviqi üçün qrupların yaradılması – 13 min manat;

Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi (Tural Fariz oğlu Cəfərov): Gənclər üçün hərbi- vətənpərvərlik idman oyunları düşərgəsinin təşkili – 8 min manat;

Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai Birliyi (Elnurə Ramiz qızı Əsgərova): Məcburi köçkün və aztəminatlı ailələrin uşaqları üç
ün Yay Məktəbinin təşkili – 12 min manat;

“Turizmə Dəstək Gənclər Assosiasiyası” (Pərviz Akif oğlu Nəsirov): Azərbaycan əsgəri haqqında şeirlərin əhali arasında təbliği – 11 min manat;

Demokratiya və İnsan Hüquqları Komitəsi (Çingiz Aşralı oğlu Qənizadə): “Vətənpərvər olmaq”: hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin təşkili – 11 min manat;

Turizmin İnkişafına Kömək İctimai Birliyi (Gülnar Taleh qızı Yusifzadə):Azərbaycanın işğal olunmuş ərazilərindəki turizm potensialı haqqında yazı müsabiqəsi – 12 min manat;

“Etika və Müasirlik” İctimai Birliyi (Rüfət Fikrət oğlu Yəhyazadə): qəhrəmanlarımızı tanıyaq:1990-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin həyat və döyüş yolu 12 min manat;

Azərbaycan İqtisadçılar İttifaqı (Aytən Ziyad qızı Səmədzadə): Tələbə-gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafı tədbirləri – 12 min manat
Gənclərin “Tənhalara dayaq” İctimai Birliyi Seyidova Xoşbəxt Mirsücəddin qızı Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili – 8 min manat;

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi (Əkrəm Əlisahib oğlu Bəydəmirli): Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması – 10 min manat“Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi (Elçin İldırım oğlu Əhmədov): Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması – 3 min manat;

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (Esmira Əlişan qızı Orucova): Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması -10 min manat;

Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı ictimai birliyi (Rüstəm Fəxrəddin oğlu Məmmədov): Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının BMT və Avropa İttifaqı qurumları səviyyəsində müdafiəsi – 9 min manat;

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası (Azər Maarif oğlu Əmirov): Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda beynəlxalq konfrans – 10 min manat;

Azərbaycan Yazarlar Klubu İctimai Birliyi (Elçin Hüseynov): Canımız Qarabağ – Yazımız Qarabağ müsabiqəsinin təşkili – 8 min manat;

Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (Seymur Aydın oğlu Vəliyev): “Qarabağ münaqişəsi müzakirədə” Forumunun keçirilməsi – 9 min manat;

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi (Əziz Yusif oğlu Ələkbərov 1988-1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyanın hesablanması – 8 min manat. 

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button