2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qarabağla əlaqədar hər şey Rusiyanın əlindədir”

Hikmət Hacızadə: “Baxaq görək o nə edəcək…”

Yeni bir ilə qədəm qoysaq da, ölkəmizin bir ömrəli problemi olan Qarabağ konfiliktinin həlli istiqamətində hər hansı diqqətəlayiq irəliləyişə nail olunmayıb.
Bu problemin 2017-ci ildə siyasi-diplomatik müstəvidə həlli perspektivi hansı səviyyədədir? Problemin cari ildə danışıqlar yolu ilə həlli inandırıcı görünürmü?
24saat.org-a açıqlama verən politoloq Hikmət Hacızadə konfiliktin ədalətli həlli üçün Rusiyanın zəifləməsinin mühüm önəm kəsb etdiyini vurğuladı:
“Əfsuslar olsun ki, Qarabağ probleminin diplomatik yolla həlli ehtimalı indiki situasiyada o qədər də real görünmür. Bu gün vəziyyət əvvəlki dövrlərlə eynidir. Yəni ki, yenə də hər şey Rusiyanın əlindədir. Rusiyanın mövqeyi isə dəyişməyib. Rusiyanın dünyadakı nüfuzu da azalmayıb. Bir dövlət olaraq çökməyib. Rusiya çöksə, zəifləsə, o zaman çox şey dəyişə bilər. Hələ ki, bu görünmür. Baxaq görək Tramp nə edir. Indi bütün ümidlər onadır”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button