2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qarabağla bağlı Moskvada üçtərəfli görüş olacaq


Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar olacaq. Bu barədə yanvarın 10-da Rusiya prezidentinin rəsmi “Kremlin.ru” səhifəsi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli danışıqları Moskvada keçiriləcək.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcəkdir” deyə rəsmi açıqlamada bildiilir.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərdə həmçinin vurğulanır ki, bundan əlavə, Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca söhbətlər nəzərdə tutulur.

Üçtərəfli görüşlə bağlı medaiada məlumatlar yayılsa da Azərbaycan və  Ermənistan tərəfi bu məlumatı nə təsdiq, nə də təkzib edirdi. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button