2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Qaradağ gəncləri hər an vətənin müdafiəsinə hazırdır”

????????????????????????????????????

04 aprel 2016-cı il tarixdə Qaradağ rayonunda “Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilib

Görüş Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun akt zalında keçirilmişdir. Görüşdə 850-dək rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ictimai birliklər və gənclər iştirak edib.
Təbir iştirakçıları əvvəlcə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstə çiçəkləri qoydular, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd etmişdir ki, cari ilin aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilmiş və təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində  hərbiçilərimiz və mülki şəxslər həlak olublar.
Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı S.Mikayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində istərsə də xalq arasında torpaqlarımızın azad olunmasında böyük ruh yüksəkliyi yaratmışdır. Son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir.
Silahlı qüvvələrimiz tərəfindən erməni təxribatının qarşısı layiqincə alınmaqla yanaşı  eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi.
Cəbhədə baş verən son hadisələrlə bağlı 02 aprel 2016-cı il tarixində  Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda Dövlətimizin başçısı  çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu qeyd edilmişdir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı son 25 ildə apardığı ikili standartların səmərəsiz nəticəsi qeyd edilib.
Çıxışda: Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov son günlərdə cəbhədə baş verən erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan ordusunun xüsusi şücaətliyi qeyd olunmuş və ölkə başçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək  işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə tam dəstək olunması qeyd edilib.
Çıxışda: millət vəkili Mixail Zabelin Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı aparılan ədalətsiz müharibə pislənilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində məsələnin həlli qeyd edilib.
Çıxışda: Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Rafiq Abbasov çıxış edərək son günlərdə silahlı qüvvələrimiz tərəfindən əldə olunan uğurlar  haqqında geniş məlumat verilərək dövlət başçısının apardığı uğurlu hərbi siyasət dəstəklənmiş və ölkə başçısının hər an müharibə çağırışına vətənpərvər  oğullarımızın hazır olduğu bəyan edilib.
Çıxışda: Qaradağ rayon  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət   Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi polkovnik-leytnant Novruz Rəhimov  qeyd edilmişdir ki, son günlərdə ordumuz tərəfindən Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsi hər birimizin ürəyincə olduğu, həmçinin  bu günlərdə Dövlət Xidmətinə könüllülərin müraciətindən bəhs edib.
Daha sonra Milli Qəhrəman Yusif Əliyevin atası Əliusif Əliyev, Qaradağ rayon Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova, II qrup Qarabağ əlili Bəhman Qurbanov, Qarabağ müharibəsi veteranı Hümbət Hümbətov, ehtiyatda olan zabit  Əlizaman Məmmədov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvi Coşqun Şalyarov və digərləri çıxış edərək Azərbaycan ordusunun son günlərdə Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsi qeyd edilmiş və dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirilib.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı S.Mikayılov Qaradağ rayon əhalisi adından ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və müdrik siyasət alqışlanaraq  dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasına hər an hazırı olduqları bildirilib.
 

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button