2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Qaradağlı məni otağına çağırıb təkliflər etdi” – Rəşid Mahmudovdan şok açıqlama

Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ətrafında qalmaqal davam edir.

Bizimyol.info baş verən olayla bağlı “Səni axtarıram” verilişinin məşhur eksperti Tibb Universitetinin dossenti Rəşid Mahmudovdan da məsələyə münasibət öyrənib. O saytımıza açıqlamasında Vüqar Qaradağlı haqda ciddi ittihamlar səsləndirib.

“Xoşqədəm xanımı ən çox mən tənqid etmişəm ki, verilişdə bir biri ilə qovuşanları çox uzatmasın. Mən kişiyəm ömründə yalan danışmaram,Qaradağlı məni otağına çağırıb. Mənə təkliflər etdi ki, sən Xoşqədəm xanımın verilişlərinə getmə. Sənə nə lazımdırsa biz təşkil edəcəyik. Sənə burda veriliş də açarıq. Mən də bildirdim ki, bu nə təklifdi edirsiz mənə, mənə belə şeylər lazım deyil. Mən bildiyim qədər Vüqar müəllim məndən başqa o verilişdə iştirak edən bir çox ekspertləri də otağına şağırıb belə təkliflər edib. Hətda bəzilərinə təziq də edilib. İşlədiyin, şərait yaratdığın işçinə qarşı bunu etmək düzgün deyil. İnsan ayrılanda da gərək normal ayrılsın. Mən onun bu şirinləşdirici təkliflərinə etiraz etdim. Məni başqa adamlarla qarışdırmamasını bildirdim.Və bilavasitə bu təkliflərə etiraz olaraq Xoşqədəmin bütün verilişlərinə getdim. Mən bu verilişi dəstəkləyirəm.Yaxşı verilişdi. Cəmiyyətə lazımdı. İş olan yerdə səhv də ola bilər. Neçə ildir nə qədər insan orda bir biri ilə qovuşub. Orda nə baş verib, nə video yayıb mən bilmirəm. Amma bilirsən iş görəni işindən iyrəndirməzlər.”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button