2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Qardaş öpüşü” qraffitinin müəllifi ölüb

Yayımlandı: 15 Avqust 2022 15:51

Dmitri Vrubelin koronavirusdan yaranmış fəsadlardan həyatını itirdiyi bildirilir

Keçmiş sovet lideri Leonid Brejnevin və Almaniya Demokratik Respublikasının rəhbəri Erix Honekkerin Berlin divarındakı “Qardaş öpüşü” qraffitinin müəllifi Dmitri Vrubelin 62 yaşında vəfat etdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Rəssamın ölümünə koronavirusdan yaranan fəsadların səbəb olduğu deyilir.

Vrubelin xanımı Viktoriya Timofeyeva avqustun 9-da bildirib ki, rəssam dörd həftədir ağır vəziyyətdədir. Onun sözlərinə görə, Vrubel müxtəlif həyati dəstək cihazlarına, o cümlədən süni nəfəs aparatına qoşulubmuş.

Dmitri Vrubel 1960-cı ildə Moskvada doğulub.

1975-ci ildə ilk sənət əsəri olan “Pilat məhkəməsi” (“Суд Пилата”) rəsmini yaradıb.

1979-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutunun Rəssamlıq və qrafika fakültəsinə daxil olub.

Müxtəlif vaxtlarda rəssamlar Mixail Epşteyn, Andrey Pançenko və Vladimir Ovçinnikovdan dərs alıb.

1990-cı ildə Berlinə köçüb.

Elə həmin il Berlin divarının qalıqları üzərində Brejnevin Honekkeri öpdüyü “Ya Rəbb, bu ölümcül sevgi arasında sağ qalmağıma kömək et” və “Qardaş öpüşü” tablosunu çəkib.

Qraffiti dünyanın ən məşhur küçə sənəti əsərinə çevrilib.

2009-cu ildə “Qardaş öpüşü” divarın sökülməsinin iyirminci ildönümü zamanı bərpa işləri aparılarkən silinib.

Lakin rəssam qraffitini yenidən bərpa edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button