24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Qasırğada azı 94 nəfər həlak olub

Qasırğa vaxtı şam zavodunda olmuş 110 nəfərdən 40-ı çıxarılıb, 60 nəfərdən xəbər yoxdur

ABŞ-ın orta-qərb və cənub ştatlarında güclü qasırğa dalğası azı 94 nəfərin həyatına son qoyub, onlarla insan itkin düşüb, bütöv şəhərlər dağılıb.

Dekabrın 12-də xilasedicilər dağıntılar altında axtarış işlərini davam etdirsələr də, rəsmilər gözləntilərin azaldığını bildiriblər.

Prezident Co Bayden beş ştat içində ən çox ziyan görmüş Kentukkini fəlakət zonası elan edib.

Kentukkinin qubernatoru Endi Beşir ştatda azı 80 nəfərin ölümünün təsdiqləndiyini, ümumi ölü sayının 100 nəfəri keçəcəyini deyib.

Güclü qasırğa Kentukkidə 10 min nəfərin yaşadığı Meyfild şəhərinin çox hissəsini yerlə-yeksan edib.

Qasırğa vaxtı şam zavodunda olmuş 110 nəfərdən 40-ı çıxarılıb, 60 nəfərdən xəbər yoxdur.

Beşir bu qasırğanı ştat tarixində ən dağıdıcı adlandırıb. Hətta polad və kərpic konstruksiyalar belə dağılıb.

“Bəzi şəhərlər artıq yoxdur, gerçəkdən, yoxdur. Atamın doğma şəhərinin yarısı artıq yoxdur”, – Breşir Douson Sprinqz şəhəri haqda belə deyib. 2010-cu il siyahıyaalınmasında bu şəhərin əhalisi 2764 nəfər idi.

Qasırğa Arkanzasdan Kentukki və Tennessiyə doğru 300 km-lik məsafədə dağıntılar törədib. Missuri və İllinoysa da ciddi ziyan dəyib.

Meteoroloqlar Kentukkidə dağıntılar törətmiş qasırğanın rekord – 320 km-dən artıq məsafə qət etdiyini bildirir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button