2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

Qatilə edilən zəng və ya Cavid Qurbanovun “Cİ-AYMARKET” müəmması-II YAZI

II Yazı

24saat.org saytının təqdim etdiyi I YAZImızdan da bildiyiniz kimi, sabiq prezident Heydər Əliyev tərəfindən nifrətlə “arzuolunmazlar siyahısı”na salınmış və tutduğu vəzifədən məhz vəzifəsindən sui-istifadə, eyni zamanda işində yol verdiyi ciddi nöqsanlara görə uzaqlaşdırılan Cavid Qurbanovun yenidən bir neçə il sonra elədə mühim əhəmiyyət kəsb etməyən həmin vaxtkı Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki bir trestə rəis təyinatı Qurbanovun yenidən kariyera həyatının başlanğıcı demək olar.

 

Məsələnin “Sigma @ co ”  və “Cİ-AYMARKET” firmaları ilə qarşılıqlı pul silmə “maxinasiya”larında bir çox tanınmış simaları, hal-hazırda mühim əhəmiyyət kəsb edən postlarda təmsil olunan dövlət məmurlarının adlarının hallanması Cavid Qurbanovun yenidən yüksəlişində böyük rol oynamış olur. Məsələnin bir tərəfindən baxanda həmin vaxt böyük məbləğ hesab olunan 14 milyonluq maliyyə fırıldağı, həmin maliyyə əməliyyatına başqa  tərəfdən baxdıqda “Oğru dünyası”nın önəmli simaları ilə əlaqələrin qurulmasında olan başlıca faktor, başqa yöndən baxınca isə yuxarı dairələrlə əlaqələrin yenidən bərpası üçün rol oynayacaq bəzi “çinovniklərlə” yaxınlaşma görülməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi
Ziya Məmmədov və Cavid Qurbanov

Məsələn, yuxarıda adları qeyd olunan hər iki firmanın direktoru “Azərkimya” DŞ-nin rəhbəri Fikrət  Sadıqovun təşəbbüsü ilə şirkətin vitse-prezidenti Təvəkkül Məmmədovun iş otağında bir araya gətirilir. Qeyd edək ki, bu maliyyə “maxinasiyası”ndan sonra Təvəkkül Məmmədov Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsinə gətirilir. Düzdür, Cənab Məmmədovun bu şəhərdə rəhbərliyi mərhum prezident Heydər Əliyevin Sumqayıtda növbədənkənar keçirdiyi gözlənilməz müşavirəsində sona çatdı. Haşiyə çıxaraq bir məqama toxunmaq istəyirik ki, Sumqayıtın barəsində bəhs etdiyimiz sabiq başçısı mərhum dövlət rəsmisi olmuş Afiyəddin Cəlilovun qudası idi.

Təvəkkül Məmmədov

Məlumatlı şəxsin sözlərinə görə, Təvəkkül Məmmədovun “vurulması” qanlı cinayətlə nəticələnmiş bu maliyyə fırıldağının baş verməsi və əsas “qəhrəmanlar” kənarda saxlanılmaqla, ölkə rəhbərliyinə təqdim etdikləri “qurban” Təvəkkül Məmmədov olub. 14 milyon ətrafında qruplaşan həmin çete “rasxod”a verilərək vəzifəsini itirmiş Təvəkkül müəllimi unutmamışlar. Və çox keçmir ki, televiziyası ekranlarında rüsvayçı şəkildə prezident tərəfindən danlaq hədəfi olan Məmmədov Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə rəis gətirilir.

Sumqayıtın ikinci qeyri-rəsmi rəhbəri olmuş Fikrət Məmmədovun, həmin vaxt “Abşeronsu” ASC-nin prezidenti olan Oqtay Əsədovun, keçmiş baş prokuror Eldar Həsənovun, “Azərkimya” Dövlət Şirkətinin prezidenti, millət vəkili Fikrət Sadıqovun, ADDYİ-nin rəisi Ziya Məmmədovun da daxil olduqları bu “maxinasiya” olayının “qəhrəmanlar”ı arasında zəif və edilən təkliflərə razılaşmış Təvəkkül Məmmədovun əvvəlki kimi də olmasa, yenidən vəzifəyə qaytarmaları bu olayın sakitləşərək unudulmasına səbəb olur. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Cavid Qurbanovun rəisi olduğu trestdə edilən külli miqdarda maliyyə vəsaitinin MMC rəhbəri Eldar Məmmədova çatması olan “pay”ın verilməməsi səbəbindən Rövşən Lənkəranski ilə Naxçıvanlı Kəramətin silahlı insidenti ilə nəticələnən “razborka”sı ölkə rəhbəri səviyyəsində müzakirə olunması Cavid Qurbanovun ikinci dəfə “vurulması” gözlənilsə də, Qurbanovun oyundan kənar vəziyyətə salınmasının, əslində başqa səbəbləri olub.

Eldar Həsənov

Çünki Heydər Əliyevin sərəncamı ilə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılan və həmin vaxt  mərhum prezidentlə düşmən mövqeyində olan İskəndər Həmidovun kadrı və eyni zamanda maliyyə dəstəyi aldığı Cavidin bu keçmişi barədə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi gec məlumatlı olub. Elə bu səbəbdən də Cavid Qurbanovun xilas edilməsi əslində Ziya Məmmədovun prezident qarşısında çətin vəziyyətə düşməməsi üçün idi.

Yəni, Məmmədov Qurbanovu məhz öz mənafeyi hesabına qoruyub.

(Ardı var)

24saat.org        

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button