2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qaxdakı kukla teatrı şəraitsizlikdən və imkansızlıqdan əziyyət çəkir

Əsası İsako Zeynalaşvili tərəfindən qoyulan Qax rayonundakı kukla teatrı, Azərbaycandakı 5 kukla teatrından biridir. Öncə dərnək kimi fəaliyyət göstərən teatr, indi Dövlət Kukla Teatrı kimi fəaliyyətini davam etdirir Teatrda tamaşaların hazırlanması üçün proses sıfırdan başlanır. Kuklaların tikilməsindən, musiqinin bəstələnməsinə qədər işçilər komanda halında işləyirlər. Kuklaların hazırlanma prosesi eskizin hazırlanması, ona uyğun taxtanın kəsilib fiqur halına salınması və paltarların tikilməsi olaraq davam edir. Proses haqqında quruluşçu hissə müdiri Əhməd Əhmədli danışır. Tamaşaya uyğun musiqinin bəstələnməsi və ya seçilməsi də önəmlidir. Musiqi hissə müdiri Nicat Fətəliyev bu barədə danışır. Quruluşçu rejissor və aktyor Araz Mehrablı məşq prosesləri, komandanın qatıldığı beynəlxalq müsabiqə və festivallar haqqında məlumat verir. O, həmçinin teatrdakı texniki və maddi problemlərdən də bəhs edir. Aktyor Azər Kərimov deyir ki, məkan kolxoz binası olduğundan teatr üçün uyğun deyil. Üstəlik avadanlıqlar köhnədir. Azər Kərimovun sözlərinə görə, aktyorlar maddi vəsait tapa bilmədikləri üçün dəvət aldıqlar festival və müsabiqələrə qatıla bilmirlər. Aktyorlar deyib ki, bütün çətinliklərə baxmayaraq peşə fəaliyyətlərini həvəslə yerinə yetirirlər.

The post Qaxdakı kukla teatrı şəraitsizlikdən və imkansızlıqdan əziyyət çəkir appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button