2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sağlam Həyat

Qaydalara əməl olunsa, uşaqlar virusa yoluxmaya bilər-İnfeksionistdən TÖVSİYƏLƏR

Qaydalara əməl olunsa, uşaqlar virusa yoluxmaya bilər-İnfeksionistdən TÖVSİYƏLƏR

“Valideynlər uşaqları, ələlxüsus da ibtidai sinif şagirdlərini məktəblərə göndərməkdən yayındırmamalıdır. Uşaqlar əl gigiyena qaydalarına düzgün əməl edərlərsə, maskadan düzgün şəkildə istifadə olunarsa, məktəblərdə sosial məsafə gözlənilərsə, o zaman uşaqlar məktəbə rahat şəkildə gedib-gələ bilərlər. Valideynlərə övladlarını təhsildən yayındırmamağı tövsiyə edirəm”.

Bunu e-tibb.az-a infeksionist, uzman həkim Nazxanım Qasımova bildirib.

Mütəxəssis deyib ki, ümumiyyətlə, uşaqları təhsildən yayındırmaq olmaz: “Hazırda bütün məktəblərdə sinif tərkibi azaldılıb, siniflər iki və ya üç yerə bölünüb. Uşaqlar 2 metrlik məsafədə əyləşəcək. Əminəm ki, müəllimlər də əllərindən gələni əsigəməyərək övladlarımızı qorumağa çalışacaqlar. Gigiyena qaydalarına əməl edərək pandemiya şəraitində yaşaya, yoluxmaya bilərik. Ta o vaxta qədər ki, peyvəndlər tətbiq olunsun. Yəqin ki, peyvəndlərin də tətbiq olunacağı gün uzaqda deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

İnfeksionist valideynlərə bunları tövsiyə edib:

Övladlarınıza əl yuma və əl gigiyenası qaydalarını izah edin. Hər dərsdən sonra əl yumanın vacibliyini başa salın. Maskaya əl vurmamağı, iplərindən tutaraq taxıb, çıxarmaq lazım olduğunu deyin. Çantalarına sellofan torbalarda əlavə maskalar, antibakterial salfet və əl dezinfeksiyaedici qoyun. Əllərini yuduqdan sonra və ya yumaq mümkün olmadıqda istifadə etmək lazım olduğunu anladın. Sosial məsafənin vacibliyini onlara izah edin.

Onlara bu dövrün keçici olduğunu və hər şeyin tezliklə düzələcəyini və bu tədbirlərin sadəcə, özümüzü və digər insanları qorumaq üçün olduğunu deyin.



24 saat” “Qaydalara əməl olunsa, uşaqlar virusa yoluxmaya bilər-İnfeksionistdən TÖVSİYƏLƏR” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button