Loading...
Loading...
Ulduz falı

Qazancınızı necə artıra bilərsiniz? – BÜRCLƏRƏ görə MƏSLƏHƏTLƏR

Bəziləri üçün pul hər şey, digərləri üçünsə çox şey deməkdir. Ona görə də, dünyada əlavə qazanca, ya da qazancını artırmağa yox deyəcək adam tapmaq çətindir.

Bəs, bunu necə reallaşdırmaq olar?

24saat bizim media-ya istinadən ürclərə görə qazanc artırmağın yollarını təqdim edir.

Qoç

Qoçlar yeni iş qurmaqda idealdırlar. Bunun üçün onlarda tələb olunan bütün lazımi özəlliklər – yaradıcılıq, işgüzarlıq və mübarizlik var. Onlar liderliyi də yaxşı bacarırılar. Ona görə də əlavə qazanc əldə etmək istəyən qoçlar yeni layihələr reallaşdırmalıdırlar. 

Buğa

Çox çalışan buğalar üçün zəhmətlərinin bəhrəsini toplamaq vaxtıdır. Lakin onlar əlavə işlərə vaxt ayırmayacaq qədər rahatlıqlarına düşkündürlər. Buna görə də müdirinizdən maaşınızı artırmasını istəyin. Bu istəyinizin reallaşması üçün isə nə qədər çox çalışdığınızı nümayiş etdirin. 

Əkizlər

İnsanlara necə yaxınlaşmağı bilirsən. Buğa bir hesabat üzərində işləyərkən əkizlər həmkarları ilə əylənməyə vaxt ayırırlar. Bu da əkizləri iş kollektivinin sevilən simasına çevirir. Ona görə də əkizlər üçün maaşlarının artırılmasına nail olmaq o qədər də çətin olmur, eləcə də daha gəlirli iş tapmaq

Xərçəng

Xərçəng hələ də ev adamıdır. Onun üçün ofisə getmək gündəlik bir şücaətdir. Bunun üçün xərçənglərin maaşlarının artırlmasını gözləməsi, ya da daha gəlirli iş tapması real deyil.  Xərçəmglər üçün ən ideal variant evdən çalışa biləcəkləri və özlərinin ağası olacaqları iş qurmaqdır.

Şir

Şirlər də əkizlər kimi iş ortamında fərqlənməyi bacaran insanlardır. Əgər siz, əlavə qazanc əldə etmək istəyirsinizsə öz ideyalarınızı maraqlı insanlara satmağa çalışın. Təşəbbüskarlıq sizə istədiyiniz qədər gəlir əldə etməyə imkan yaradacaq.

Qız

Onlar maksimalistdirlər. İşlərini cilalamağa çalışan qız bürcü həm özünü, həm də ətrafındakıları yoracaq. Bu cür idealizm yalnız zərər verir. Kiçik qüsurlara görə özünüzü danlamağı dayandırın, çünki bu, hər kəsdə var. İstirahət etməyi öyrənin, onda əmək qələbələri üçün daha çox gücə sahib olacaqsınız.

Tərəzilər

Əgər cibinizin dolu olmasını istəyirsinizsə bədxərcliyi dayandırın. Adətən tərəzilər iş həyatlarında uğurlu olurlar. Lakin onlar pullarını xərcləmək məsələsində olduqca bacarıqsızdırlar və buna görə də əlavə qazanca daima ehtiyac duyurlar. 

Əqrəb

Əqrəblər iş həyatında konfliktə meyilli olmaları ilə fərqlənirlər. Adətən onlar işdəki rəqabəti şəxsiləşdirib, özlərinə problem yaradırlar. Nəticədə işdən çox problemə köklənib, uğursuzluğa düçar olurlar. Ona görə də əqrəblər bir iş yerində uzun müddət lövbər sala bilmirlər. Əgər əqrəblər bu xasiyyətlərindən imtina etsələr, gəlir qazanmaqda da problem yaşamazlar. 

Oxatan

Oxatan bürcünün əsas sərvəti dostlarıdır. Onlar dostları vasitəsilə heç zaman işsiz qalmırlar. Lakin oxatanlar da bir iş yerində lövbər salacaq adamlar deyillər. Çünki onların gözü də, fikri də daim başqa yerdə olur. Oxatanlar üçün yalnız planlarına qərar vermək qalır və mütləq onlara bu məqsədlərini həyata keçirmək üçün kömək edən tapılacaq.

Oğlaq

Maddi rifahınızdan şikayət etməyiniz günahdır. Ancaq daha çox səy göstərmək lazımdır. Siz yaxşı komanda oyunçususunuz, yalnız ulduz komanda tapmaq qalır. Skamyada çox oturmayacağınıza əminik.

Dolça

Əgər iş çıxılmaz vəziyyətdədirsə, ondan yalnız Dolça çıxacaq. Bu dəyərli keyfiyyətdir, amma məsuliyyətsizlikdən qaçsanız. İşləri heç zaman ən ümidsiz və radikal qərarların labüd olacağı həddə gətirməyin. Hər nə qədə vəziyyətdən çıxmağı bacarsanız da bu qazancınıza ciddi təsir edəcək. 

Balıq

Nə edəcəyinizi dəqiq bilirsiniz, ancaq intuisiyanıza etibar etmirsiniz. Lakin bu əbəsdir. Heç kimin sizi ruhdan salmasına izin verməyin. Xəyallarınızın ardınca gedib, sevdiyiniz işi görsəniz istədiyiniz qədər qazanc əldə edəcəksiniz. 

24saat

Ulduz falı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button