2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qazaxda ağır qəza: ölən və yaralananlar var

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qazax şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 qadın və bir uşaq ağır xəsarət alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılan zaman qadınlardan biri yolda dünyasını dəyişib.

Ölən və yaralananların kimliyi məlum olub. Qəzada dünyasını dəyişən qadın Qazax şəhər sakini Səadət İsmayılovadır. Xəsarət alan uşaq isə qadının övladı 2 yaşlı İsmayılov Fuad Elmir oğludur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, avtomobildə olan 60 yaşlı Rəna Xasməmmədovada xəsarət alıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə içərisində qadınlar və uşaq olan “Opel” markalı avtomobilin sürücüsü maşını saxlayaraq mağazaya girib. Başqa bir avtomobil isə sürətlə hərəkət edərək “Opel”ə çırpılıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

APA

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button