2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Qazaxda xəngəli necə hazırlayırlar? – BBC Azərbaycanca

Xəngəl Azərbaycanda ən sevilən xəmir yeməklərindəndir.

Ölkədə daha çox yarpaq şəklində kəsilib bişirilmiş xəgəl məşhurdur. Xəngəli hazırlamaq üçün un, duz və su ilə yoğrulur, alınmış xəmir yayılır və rombşəkilli dilimlərə ayrılır.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra xəngəl duzlu suda qaynadılır və süfrəyə verilir. Xəngəlin üzərinə ya qiymə ət qovurması, yaxud yağda qovrulmuş soğanla toyuq qoyulur.

Hazırlanması müəyyən bir vaxt alan bu yemək süfrəyə verilən zaman bir qayda olaraq sarımsaqlı qatıqla təqdim olunur.

Lakin Azərbaycanın qərb rayonlarında hazırlanan bir nemət var ki, xəngəli onsuz təsəvvür etmirlər.

Bu qurutdur. Qurut hazırlamaq üçün isə vaxt və zəhmət tələb olunur. Bunun üçün sağılmış süd bişirilir, qatıq çalınır və sonra nehrədən istifadə edilərək qatığın ayranı yağından ayrılır.

Ayrılmış ayran isə süzülüb qurut halına salınır. Qurut hazırlayan Qazaxın Daş Salahlı kənd sakininin sözlərinə görə, hazırlanmış qurutu “lap 1 il də“ saxlamaq olar.

Müxbirimiz Günel Səfərin videosu.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button