2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qazaxıstandan Azərbaycana Qarabağ jesti

Ermənistan və Qazaxıstan arasında münasibətlər cəbhə xəttində vəziyyət gərginləşəndən sonra pozulub.
Ermənistan prezidenti Serj Sarkisyan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev

Qazaxıstanın iş adamlarından ibarət nümayəndə heyəti İrəvana səfər etməkdən imtina edib. ANS PRESS-in məlumatına görə, heyət Ermənistanda keçiriləcək “INVEST  Armenia – 2016” forumuna iştirak etməli idi.

Mətbuata bu barədə Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan deyib.

“Təəssüflər olsun ki,  qazax nümayəndə heyəti Ermənistan gəlməkdən imtina edib. Biz nə edə bilərik? Onlar totalitar dövlətin vətəndaşlarıdır. Nümayəndə heyətinə bircə əmr lazımdır ki, Ermənistana gəlməsinlər. İmtinanı onlar təhlükəsizlik məsələsi ilə izah etdilər”, – deyə Kazaryan bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Arsen Kazaryan  - Sənayeçilər və Sahibkarlar İttifaqının sədri

Ermənistan və Qazaxıstan arasında münasibətlər cəbhə xəttində vəziyyət gərginləşəndən sonra pozulub.

Döyüşlər davam etdiyi vaxt Qazaxıstan prezidenti Nursultan NazarbayevAzərbaycana açıq dəstək göstərmişdi. Nazarbayev İrəvanda Avrasiya İqtisadi Şurasının sammitinə gəlməkdən imtina etmişdi.

Qazaxıstanın Azərbaycana dəstək verməsi Ermənistan rəhbərliyi ilə yanaşı əhalinində xoşuna gəlməyib. Ermənistanda Qazaxıstana qarşı kampaniya başlayıb. Əhali kəndlərdə Qazaxıstana və Nazarbayevə aid olan hər şeyi dağıtmaq istəyirlər.

Kəndlərdən birində Nursultan Nazarbayevin adı verilən lövhə götürülüb. Həmçinin kitabxanalardan birində Nazarbayevə aid güşə ləğv edilib.

Nursultan Nazarbayev - Qazaxıstan prezidenti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button