2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qazaxıstan: Almatıda polisə hücum nəticəsində “ölənlər var”

Qazaxıstanın kommersiya paytaxtı olan Almatıda naməlum silahlı şəxslər bir neçə polis işçisini qətlə yetirib, rəsmilər bildirir.

Bazar ertəsi günü baş verən hadisə nəticəsində bir şübhəli şəxs tutulub, daha bir nəfər isə hələ axtarışdadır, daxili işlər nazirliyinin bəyanatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Interfax xəbər agentliyi polis mənbəsindən sitat gətirərək xəbər verir ki, “dini ifratçı” şəhərin mərkəzində atəş açıb.

Neftlə zəngin Qazaxıstanda bu yaxınlarda torpaq islahatı təkliflərinə qarşı etirazlar və zorakı hadisələr baş vermişdi.

Şahidlər Reuters agentliyinə deyib ki, ölkənin ən böyük şəhəri olan Almatının üç tərəfində atəş səsləri eşidilib.

Hücumlar polis bölməsini və milli təhlükəsizlik xidməti binasını hədəfə alıb, məlumatlarda deyilir.

Yerli medianın məlumatına görə, azı 7 polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hücumdan bir ay əvvəl Aktobe şəhərində dükana və hərbi hissəyə hücum nəticəsində 7 adam öldürülmüşdü.

Hadisə zamanı və ondan sonrakı axtarış əməliyyatında 18 nəfər hücumçü polis tərəfindən öldürülmüşdü.

Hakimiyyət bu insidentə görə islamçı ifratçıları ittham edib.

Qazaxıstan mərkəzi Asiyanın digər post-Sovet ölkələrindən daha varlıdır. Prezident Nursultan Nazarbayev ölkəyə 1989-cu ildən rəhbərlik edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button